Ev / Xəbərlər / Siyasi xəbərlər / İran adlanan yer və Ermənistan avqustda Arazda SES tikintisinə başlayır

İran adlanan yer və Ermənistan avqustda Arazda SES tikintisinə başlayır

İran adlanan yer və Ermənistan arasında Araz çayı üzərində birgə su elektrik stansiyasının (SES) tikintisinə başlayır. www.D-A-K.org –a daxil olan məlumata görə, bu barədə İran adlanan yerin energetik naziri Məcid Namcunun Ermənistana səfərə zamanı tam razılıq əldə olunub. 

Stansiyanın iki ölkənin ortaq sərhədində tikilməsi qərarlaşdırılıb. İki ölkə arasında əldə olunan razılaşmaya əsasən, stansiyanın inşası bu il avqustun 22-də başlayacaq. Tikinti işləri eyni vaxtda İran adlanan yerdə azərbaycanlıların sıx yaşadığı Karaçilar rayonu və Ermənistanın Mehri rayonunda başlanacaq. Stansiya 130 megavatt elektrik enerjisi istehsal etmək gücünə malik olacaq.

Həmçinin bax!

iran adlanan yerdə Azərbaycanlı Türklər rusiya əleyhinə aksiyaya hazırlaşır

Etiraz aksiyasının bu gün baş tutacağı gözlənilir. Azərbaycanın Cənubunun – Güneyinin mənbələrinin yaydığı məlumata görə, ...

Kommentera