Ev / Həmsədrlər / Məqalələr / İran adlanan yerə sərt etirazlar

İran adlanan yerə sərt etirazlar

Sabir Rüstəmxanlı: ”35 milyonluq xalqımı ayaq altına atan, məktəbini, ana dilində yazıb-oxmasını qadağan edən rejim mənə doğmadır, yoxsa həmişə Azərbaycanın yanında olan bir ölkə?”

Əlyar Səfərli: ”Fars şovinist rejimi on minlərlə günahsız azərbaycanlını məhv edən, Qarabağı işğal eləyən terrorçu Ermənistanın prezidentini qəbul edib qucaqlayanda Azərbaycanla məsləhətləşib?”

Image İsrail prezidenti Şimon Peresin prezident İlham Əliyev tərəfindən Azərbaycana dəvət olunması İran adlanan yerdə qəzəblə qarşılanıb. Hökumətə yaxın ”Fars” agentliyinin xəbərinə görə, İran adlanan yerin ordusunun Baş Qərargah rəisi general Həsən Firuzabadi bu dəvətə görə rəsmi Bakını sərt tənqid edib. O deyib ki, Azərbaycan Respublikasının sionist rejimin prezidentini Bakıya dəvət etməsi müsəlmanlara qarşı xeyirxah addım deyil.

Həsən Firuzabadi qeyd edib ki, Qüdsün işğalı, Fələstin xalqına qarşı edilən zülm və İslama qarşı münasibəti üzündən ”sionist rejimin” hər hansı İslam ölkəsilə münasibəti ”xoşagəlməz faktdır”. General onu da bildirib ki, İsrail prezidentinin Bakıya səfəri Azərbaycanın İran adlanan yerlə dostluq münasibətlərilə ziddiyyət təşkil edir. Siyasi məsələyə narazılığın general vasitəsilə ifadə edilməsi İransayağı diplomatiyadır və Tehran Bakıya işarə edir ki, onun maraqlarına zidd olaraq aparılan siyasətə cavab münasibəti sərt ola bilər. İran adlanan yerdən bu cür reaksiyanın verilməsi Azərbaycanda narazılıqla qarşılanıb. İctimai-siyasi çevrələrin təmsilçiləri hesab edirlər ki, İran adlanan yerin yüksək rütbəli hərbçinin vasitəsilə bu cür mövqe sərgiləməsi Azərbaycana təzyiqdir. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı İran adlanan yerin bu cür sərt bəyanatlar verməsini Azərbaycanın daxili işlərinə qarışmaq hesab edir. Azərbaycan BMT-nin, Avropa Şurasının üzvü olan müstəqil dövlətdir. Müstəqil dövlətin işinə bu cür kobudcasına müdaxilə eləmək haqqı heç bir dövlətə verilməyib: ”Azərbaycan dövləti İran adlanan yerin hərbçsinin dili ilə ona təzyiq etməsinə öz münasibətini bildirməlidir. Hansı ölkəylə münasibət qurmaq öz işimizdir. Azərbaycanın tarixən İsraillə öz münasibəti var. İsrail Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdəndir. Fələstin-İsrail münasibətlərində gərginliklər yaşanır və İsrailin fələstinlilərə qarşı apardığı siyasətin hamısı ilə Azərbaycan razı deyil, biz də həmçinin. Amma buna baxmayaraq, bir dövlət olaraq, Azərbaycanın İsraillə həmişə normal münasibətləri olub. Azərbaycan başqa millətlərə qarşı tolerant məmləkətdir. Yəhudilərlə Azərbaycan türkləri həmişə bir yerdə yaşayıblar, indi də yaşayırlar. Beynəlxalq aləmdə yəhudi diasporası həmişə Azərbaycanı müdafiə edib. özünü şiə qardaşı saya-saya mənim 35 milyonluq xalqımı ayaq altına atan, məktəbini, ana dilində yazıb-oxmasını qadağan edən rejim mənə doğmadır, yoxsa beynəlxalq aləmdə məni müdafiə edən, həmişə Azərbaycanın yanında olan bir ölkə? Əgər sözdə dediyin kimi qardaşsansa, qardaşlıq elə, qardaşlıq eləməyib düşmənçilik edirsənsə, o zaman Azərbaycanın kiminlə necə münasibət qurmağının sənə dəxli yoxdur”. Sabir Rüstəmxanlı vurğuladı ki, fars şovinist rejimi terrorçu Ermənistan rejimini bağrına basır və bununla göstərir ki, elə doğrudan da beynəlxalq aləmin dediyi düzdür, yəni İran adlanan yer beynəlxalq terroru dəstəkləyən bir hökumətdir: ”Ermənistanda nəinki müsəlmanlara qarşı, hətta öz millətinə də qarşı terror həyata keçirən rejim var. Bu rejimi, onun başçısını İran adlanan yer qardaşcasına bağrına basır, hər cür dəstəkləyir. İran adlanan yerin ”Səhər” telekanalı hər gün dövlətimizi təhqir edir, torpaqlarımiza iddialarla çıxış eləyir. Bütün bunlardan sonra utanmadan Azərbaycandan nəyisə tələb edir, nədənsə incidiyini bildirir. Əvvəl öz hərəkətlərinə diqqət etməlisən ki, sonra başqasından nəsə tələb və ya xahiş eləməyə haqqın olsun”.
Azərbaycanın İran adlanan yerdəki keçmiş səfiri, DAK Məşvərət Məclisinin sədri Əlyar Səfərli də hesab edir ki, sözügedən bəyanat Tehranın Azərbaycana təzyiqidir: ”Azərbaycan Güney Azərbaycan deyil ki, fars şovinist rejimi istədiyi əmri verə bilsin. Azərbaycan dünyaya inteqrasiya etmiş müstəqil ölkədir. Ona görə də hansı ölkəylə əlaqə qurmasını özü müəyyənləşdirir. Hansısa dövlətin başçısını dəvət edərkən İran adlanan yerlə məsləhətləşməliyik? Fars şovinist rejimi on minlərlə günahsız müsəlman Azərbaycan türkünü məhv edən, müsəlman torpaqları olan Qarabağı işğal eləyən, o torpaqlardakı məscidləri, müqəddəs ocaqları yer üzündən silən terrorçu Ermənistanın prezidentini qəbul edib qucaqlayanda Azərbaycanla məsləhətləşib? Məgər bu, müsəlmanlara hörmətsizlik deyil? Terrorçu dövləti iqtisadi cəhətdən ayaqda saxlayan məhz İran adlanan yerdir. Fars şovinist rejiminin işğalçıya dəstək verməsi İslam dininə, Qurana, müsəlmanlara hörmətsizlik və xəyanətdir. Ona görə də fars şovinist rejiminin Azərbaycandan inciməyə və nəsə tələb etməyə haqqı yoxdur” / Yeni Müsavat /

Həmçinin bax!

”Səfirliklər dilimizə hörmətsiz yanaşırlar”

Millət vəkilləri ciddi tədbir görülməsini istəyirlər Bu gün Bakıda fəaliyyət göstərən xarici ölkə səfirlikləri Azərbaycan ...

Kommentera