Ev / Xəbərlər / Siyasi xəbərlər / İran adlanan yer “İslami Google Earth” axtarış sistemi yaradır

İran adlanan yer “İslami Google Earth” axtarış sistemi yaradır

İran adlanan yer öz axtarış sistemi, yəni “İslami Google Earth” layihəsi üzərində işləyir. www.D-A-K.org –un APA-ya istinadən yaydığı məlumata görə, bunu İran adlanan yerin rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Həsən Nami bildirib. 

Onun sözlərinə görə, layihənin 4 ay müddətində tamamlanması gözlənilir: “İran adlanan yer öz axtarış sisteminin dünya səviyyəsində istifadə olunmasına imkan verəcək. Sistemin “Bəsir” adlandırılması təklif edilib, ancaq bu ad hələlik dəqiqləşməyib. “İslami Google Earth”ın məqsədi “Google Earth” və “Wikipedia” xidmətləri kimi qazanc əldə etmək deyil. Məqsəd dünya xalqını həqiqətə doğru istiqamətləndirməkdir”.

Həmçinin bax!

iran adlanan yerdə Azərbaycanlı Türklər rusiya əleyhinə aksiyaya hazırlaşır

Etiraz aksiyasının bu gün baş tutacağı gözlənilir. Azərbaycanın Cənubunun – Güneyinin mənbələrinin yaydığı məlumata görə, ...

Kommentera