Ev / Xəbərlər / Siyasi xəbərlər / İran adlanan yer Norveçdəki səfirliyinin əməkdaşının ölkəyə geri dönmək istəmədəyini təsdiqləyib

İran adlanan yer Norveçdəki səfirliyinin əməkdaşının ölkəyə geri dönmək istəmədəyini təsdiqləyib

İran adlanan yerin Xarici İşlər Nazirliyi ölkəsinin Norveçdəki səfirliyinin əməkdaşının ölkəyə qayıtmaqdan imtina etməsi xəbərinə münasibət bildirib. www.D-A-K.org –un APA-ya istinadən yaydığı məlumata görə, İran adlanan yerin xarici siyasət idarəsinin sözçüsü Ramin Mehmanpərəst deyib ki, həmin şəxs şəxsi məsələlər ilə bağlı Oslonu tərk etməyib: 

“Bu şəxs diplomat deyil, səfirliyin adi bir işçisidir. Artıq onun diplomatik korpusdakı vəzifəsi sona çatıb və yerinə başqası təyin edilib. Həmin şəxs də övladlarının təhsili ilə əlaqədar İran adlanan yerə qayıtmayıb. Hazırda məsələ tərəfimizdən araşdırılır”.
Qeyd edək ki, Norveçin “Dagbladet” qəzeti İran adlanan yerin Oslodakı səfirliyinin diplomatının Norveç hökumətindən siyasi sığınacaq istədiyini yazıb. Qəzet diplomatın 2012-ci ilin dekabr ayında vəkili vasitəsilə Norveç hökumətinə müraciət etdiyini, ancaq rəsmi Oslonun və bu ölkənin Xarici İşlər Nazirliyinin həmin şəxsin siyasi sığınacaq tələbinə hələlik cavab vermədiyini qeyd edib. Eyni zamanda İran adlanan yer tərəfindən də məsələyə heç bir münasibət bildirmədiyini qeyd edib. ”Dagbladet” həmçinin hazırda ailəsi ilə birlikdə Norveçdə yaşayan diplomatın yerinin gizli saxlanıldığını vurğulayıb. Qəzetin yazdığına görə, diplompat ailəsilə birlikdə naməlum ünvana köçürülüb. Norveç hökuməti onun və ailəsinin hazırda harada olduğunu açıqlamır və bunu təhlükəsizlik arqumentilə əsaslandırır. “Radiofərda” isə həmin şəxsin İran adlanan yerin Norveçdəki səfirliyində ikinci katib işləmiş və maliyyə məsələlərindən məsul olmuş Məhəmmədrza Zare olduğunu və diplomatik missiyası başa çatsa da, ölkəsinə qayıtmaqdan imtina edərək Norveç hökumətindən siyasi sığınacaq istədiyini yazıb.
Xatırladaq ki, bu, son 4 ildə İran adlanan yerin Avropa ölkələrindən siyasi sığınacaq istəyən beşinci diplomatıdır. Bundan əvvəl, 2010-ci ilin yanvarında İran adlanan yerin Oslodakı baş konsulu Məhəmmədrza Heydəri, 2010-cu ilin sentyabrında İran adlanan yerin Finlandiyadakı səfirliyinin ikinci katibi Hüseyn Əlizadə, 2010-ci ilin sentyabrında İran adlanan yerin Belçikadakı səfirliyinin ikinci katibi Fərzad Fərhəngiyan və 2010-cu ilin dekabrında İran adlanan yerin Milandakı baş konsulu Əhməd Məliki tutduqları vəzifələrindən istefa veriblər. Buna səbəb İran adlanan yerdə 2009-ci ildə Mahmud Əhmədinejadın qələbəsi ilə nəticələnmiş prezident seçkilərinə etiraz olaraq keçirilmiş aksiyaların xüsusi qəddarlıqla yatırılması, nümayişçilərə divan tutulması, qətlə yetirilməsi, kütləvi həbslərin həyata keçirilməsi və s. olub.

Həmçinin bax!

iran adlanan yerdə Azərbaycanlı Türklər rusiya əleyhinə aksiyaya hazırlaşır

Etiraz aksiyasının bu gün baş tutacağı gözlənilir. Azərbaycanın Cənubunun – Güneyinin mənbələrinin yaydığı məlumata görə, ...

Kommentera