Ev / İnformasiya / DAK haqqında / “İran adlanan yer hər zaman işğalçı Ermənistana yardım edir”

“İran adlanan yer hər zaman işğalçı Ermənistana yardım edir”

Əjdər Tağızadə: “Əgər Tehran rejiminin dəstəyi olmasaydı, Ermənistan bir dövlət kimi çoxdan yer üzündən silinmişdi”

Tehran rejiminin başda ayətullah Xamneyi olmaqla digər rəsmilərinin Azərbaycana qarşı həyata keçirdiyi siyasət göz önündədir. Bunu “Olaylar”a Dünya Azərbaycanlıları Konqresinin (DAK) Daimi Şurasının sədri Əjdər Tağızadə deyib. Onun sözlərinə görə, İran adlanan yer hər zaman işğalçı Ermənistana yardım edir. İşğalçı ölkəyə silah, mavi yanacaq, eyni zamanda lazımi iqtisadi dəstək verən İran adlanan yer Azərbaycan ərazilərinə casuslar göndərir: “İran adlanan yerin casusları erməni kimliyilə dəfələrlə Azərbaycanda tutulub. İran adlanan yer Ermənistana silah-sursat, qaz yanacağı verir, İran adlanan yer çalışıb ki, Azərbaycanın təcavüzə məruz qalmış torpaqları üzərindən Ermənistana kömək eləsin. Əgər Tehran rejiminin dəstəyi olmasaydı, Ermənistan bir dövlət kimi çoxdan yer üzündən silinmişdi. Hələ o zamanlarda Rusiyadan Ermənistana gedən yardımlar İran adlanan yer vasitəsilə mənzil başına çatdırılırdı”. Bunlarla yanaşı Şuşa və Laçının işğal olunmasında İran adlanan yerin əli olduğunu vurğulayan Ə.Tağızadə onu da bildirib ki, İran adlanan yer irticaçılığı yaymaqda, fanatları gücləndirməkdə, savadsız, dünya görüşü zəif olan insanlardan istifadə etməkdə mahir ustadır. Tehran rejimi Azərbaycana qarşı da sadalanan faktorlarla siyasət aparır. Azərbaycan daxilində yerləşdiyi qruplaşmalarla İran adlanan yer Azərbaycan dövlətçiliyinə kölgə salmaq istəyir: “Bu məqsədə çatmaq üçün mədəniyyət mərkəzləri adı altında dini mənsəblər yayılır. Bütün bunların təşkilatçısı İran adlanan yerdir”.

Həmçinin bax!

DAK Gənclər Təşkilatının sədri Samir Turan “Mediaforum”dakı debata qatılıb

”Məqsədlərimizdən biri Güney Azərbaycan problemini gənclərimizə mənimsətməkdir” ”Yəni gəncləri ”Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!” ...

Kommentera