Ev / Xəbərlər / Mədəniyyət / ”Birlik” jurnalının növbəti nömrəsi işıq üzü görüb

”Birlik” jurnalının növbəti nömrəsi işıq üzü görüb

Image ABŞ-ın Kaliforniya ştatının Berkli şəhərində Azərbaycan-Amerika Şurasının dəstəyi və sponsorluğuyla birinci ABŞ-Türk jurnalı ”Birlik”in qış nömrəsi nəşr olunub. www.D-A-K.org -a daxil olan məlumata görə, jurnalın 50 səhifəlik nömrəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Universitetindən olan tanınmış Azərbaycan mənşəli alim Lütfi Zadə ilə müsahibə dərc olunub.

Jurnalın nömrəsi eyni zamanda çin kommunist rejiminin Şərqi Türküstanda uyğur türklərinin hüquqlarını pozmasına həsr olunub. ”Birlik” jurnalı türk toplumlarının mədəni və tarixi, həmçinin siyasi və iqtisadi həyatı haqqında materiallar dərc edir. Jurnalın birinci nömrəsi 2008-ci ildə nəşr olunub və Şimali Amerikada ilk türk jurnalı olub.

Həmçinin bax!

kelagayi

UNESCO Azərbaycan kəlağayısını qeyri-maddi mədəni irs siyahısına daxil edib

İpək sapdan toxunmuş dördkünc formalı ənənəvi qadın baş örtüyü olan kəlağayı və onun simvolu UNESCO-nun ...

Kommentera