Ev / Xəbərlər / Siyasi xəbərlər / Qarabağı niyə uduzduq?

Qarabağı niyə uduzduq?

”Ermənilər SSRİ dövründə belə öz xalqına subyektiv, digər xalqlara obyektiv baxırdı”

Ötən gün Milli Fikir Mərkəzinin yaratdığı Etatizm Akademiyasının təşkilatçılığı ilə “Qarabağı niyə uduzduq: İdeoloji təhlil” mövzusunda müzakirə keçirilib. Müzakirəni Etatizm Akademiyasının direktoru Elvin Əliyev açaraq bildirib ki, Qarabağ müharibəsini niyə uduzduğumuzla bağlı dəfələrlə müzakirələr, tədbirlər keçirilib. Amma bu günə qədər bu uduzmağın ideoloji təhlili aparılmayıb:

“Niyə Azərbaycan əsgərləri döyüşdən qaçırdı? Təbii ki, bu, bütün əsgərlərə aid deyil, ancaq bir əsgər döyüşdən qaçırsa, digərlərində də qorxu, ruh düşkünlüyü yaranır.”

Milli Fikir Mərkəzinin idarə heyətinin üzvü Ramiz Talıbov o zaman ermənilərin müharibədən əvvəl bizə psixoloji cəhətdən qalib gəldiklərini deyib:

“Onlar birinci psixoloji cəhətdən qalib oldular. İndi biz də qalib gəlmək üçün ilk öncə psixoloji cəhətdən ermənilərdən üstün olmaqlıyıq. Yəni birinci psixoloji qalibiyyətdir”.

Cavid Əliyev isə bildirib ki, döyüşdə qalib gəlmək üçün birinci növbədə düşməni yaxşı tanımaq lazımdır:

“Ermənilər SSRİ dövründə belə öz xalqına subyektiv, digər xalqlara obyektiv baxırdı. Bizim aramızdakı fərq bu idi”.

Müzakirədən çıxarılan nəticə bu oldu ki, Qarabağ müharibəsi zamanı biz düşməni tanımamışıq, hər zaman onu küçümsəmişik. Amma bilmək lazımdır ki, ermənilər hər zaman sistemli iş görüb. Buna səbəb isə Osmanlı zamanında İstanbul Universitetində oxuyan 4 erməni tələbənin yazdığı “erməni milli nizamnaməsi”dir.

Ermənilər həmişə özlərinə dövlət qurmaq istəyib. Elə buna görə də Osmanlının erməni əsilli generalları orda üsyan qaldırdı. Üsyan yatırılandan sonra isə ermənilər Azərbaycan ərazisinə köçürüldü və burda özlərinə dövlət qurdular.

Düşmənə qalib gəlmək üçün ondan daha çox, daha sistemli işləmək lazımdır, onun zehniyyətinə bələd olmaq lazımdır.

Qeyd edək ki, Etatizm Akademiyasının belə müzakirələri hər həftənin bazar günü Milli Fikir Mərkəzinin ofisində keçirilir. / Etatist.com

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016