Ev / Xəbərlər / Diaspora / “Qarabağ” Avropanı fəth edir

“Qarabağ” Avropanı fəth edir

Ötən gecə UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib.

www.D-A-K.org –un “Panoram.az”-a istinadən yaydığı məlumatına görə, Azərbaycan təmsilçiləri “Qarabağ” və “Neftçi” də bu mərhələdə son oyunlarına çıxıb.

Hollandiyada “Tvente”nin qonağı olan “Qarabağ” meydan sahiblərinin qurp mərhələsi həvəsini ürəklərində qoyub. İlk oyunda qolsuz bərabərliyə qane olan təmsilçimiz cavab oyununda 1:1 hesablı heç-heçə ilə Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

Komandamıza qalibiyyət qolunu oyunun 51-ci dəqiqəsində Muarem Muarem qazandırıb.

Digər təmsilçimiz “Neftçi” isə doğma meydanda Serbiyanın “Partizan” klubunu qəbul edib. 1:2 hesabı ilə məğlub olan “Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 16:00-da Fransanın Monako şəhərində keçiriləcək.

Həmçinin bax!

aksiya-brussel1

Avropa Parlamentinin qarşısında İran adlanan yer əleyhinə aksiya keçirilib

Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlementinin binası qarşısında İran adlanan yer əleyhinə aksiya keçirilib. www.D-A-K.org –a ...

Kommentera