Ev / Xəbərlər / Siyasi xəbərlər / ”Amnesty İnternational” bəyanat verib

”Amnesty İnternational” bəyanat verib

Image”Amnesty İnternational” (Beynəlxalq Əfv Təşkilatı) son günlərdə Güney Azərbaycanda həbs olunmuş milli fəallar barəsində təcili kampaniya başladıb. Təşkilatın yaydığı bəyanatda bildirilir ki, 53 yaşlı mühəndis-inşaatçı, jurnalist Əlirza Sərrafi, yazıçı Əkbər Azad, Azərbaycan türkcəsi müəllimi, mühəndis, yazıçı Həsən Raşidi, şair və jurnalist Səid Muğanlı, mühəndis-inşaatçı, insan haqları müdafiəçisi Həsən Rəhimi Bayat, müəllimlər Hüseyn Heydəri, Abbas Nəimi və ”Evrin” dərnəyinin üzvü Mehdi Nəimi Ərdəbili və Səyyad Məhəmmədian (Ovçu Qoşaçaylı) sentyabrın 10-dan bəri xarici aləmdən təcrid olunublar:

”Onlar Tehran şəhərindəki ”Evin” həbsxanasının 209-cu bölməsində təkadamlıq kameralarda ağır işgəncə və təzyiq altında saxlanılırlar. Milli fəalların 1 Mehr İranda yeni dərs ili günü məktəblərin açılışını boykot etməyi planlaşdırdığına görə həbs edildiyi ehtimal olunur. ”Amnesty İnternational” olaraq, onları vicdan məhbusu hesab edir və İran rejimindən onları dərhal azadlığa buraxmasını tələb edirik”. Bəyanatda qeyd olunur ki, ”Ettelaat” əməkdaşları heç bir icazə vərəqəsi göstərmədən mənzilə soxulublar və tanınmış fəalları həbs ediblər. Onların arasında olan qadınlar və uşaqlar sonradan sərbəst buraxılıb. Qalan 9 nəfər barəsində məlumat almaq hələ də mümkün deyil: ”Sentyabrın 15-də Tehran İnqilab Məhkəməsindən xanım Vəcihə Fukur Sərrafiyə Əlirza Sərrafi və digərlərinin istintağının həftələrlə çəkəcəyini bildiriblər. Bundan sonra Vəcihə Fukur Sərrafi xarici mətbuata açıqlama verərək, həbslər barədə danışıb. Nəticədə sentyabrın 18-də ”Ettelaat” əməkdaşları onun mənzilinə basqın edərək axtarış aparıb və Əlirza Sərrafiyə məxsus şəxsi əşyaları, texniki avadanlıqları müsadirə ediblər. Biz beynəlxalq insan hüquqları təşkilatı olaraq, fars şovinist rejiminin bu hərəkətlərini qınayır və məsələylə bağlı İran hökumətinə öz etirazımızı bildiririk”.

Həmçinin bax!

iran adlanan yerdə Azərbaycanlı Türklər rusiya əleyhinə aksiyaya hazırlaşır

Etiraz aksiyasının bu gün baş tutacağı gözlənilir. Azərbaycanın Cənubunun – Güneyinin mənbələrinin yaydığı məlumata görə, ...

Kommentera