Ev / Xəbərlər / Güney Azərbaycan / Qərbi Azərbaycan ibtidai təhsildə iran adlanan yerin ikinci ən uğursuz vilayətidir

Qərbi Azərbaycan ibtidai təhsildə iran adlanan yerin ikinci ən uğursuz vilayətidir

Uğursuzluğun səbəbləri imkanlsızlıq və ana dilinin farsca olmamasıdır.

iran adlanan yerin Təhsil nazirinin ibtidai təhsil üzrə müavininin bildirdiyinə görə, ibtidai məktəb şagirdlərinin sinifdə qalması baxımından Qərbi Azərbaycan iran adlanan yerin ikinci ən uğursuz vilayətidir. Ana dilinin qeyri-fars olması, eləcə də yetərli sinif və müəllimin çatışmazlığı bu uğursuzluğun əsas amilləri kimi göstərilir.

www.D-A-K.org –un “Mehr xəbər agentliyi”nə istinadən məlumatına görə, “Tehran vilayətinin ibtidai məktəblərində sinifdə qalanların sayı daha azdır. Təəssüflə, ən çox uğursuzluq Sistan-Bəluçistan, Qərbi Azərbaycan və Hörmüzgan vilayətlərində görünür. Bunun səbəbləri məktəbə qədər proqramlara qatılmamaq, ikidilli olmaq, siniflərin həddindən artıq doldurulması və yetərli sayda müəllimin olmamasıdır,” deyə Məhəmməd Diməvərinin sözləri Mehr xəbər agentliyində dərc edilib.

iran adlanan yer İslam Respublikasında qeyri-fars şagirdlər üçün “ikidilli şagirdlər” termini işlədilir, onların problemləri isə təhsil sistemi ilə bağlı təşkil olunan seminarlarda “təhsildə ikidillilik problemi” olaraq təqdim edilir.

Ekspertlər və beynəlxalq insan haqları təşkilatları tərəfindən nəşr edilən bəyanatlara əsasən, iran adlanan yerdə ana dilində təhsilin olmaması qeyri-fars şagirdlərin təhsil müddətində müxtəlif çətinliklərlə üzləşmələrinə səbəb olur. Bəzi araşdırmalar həmin çətinliklər səbəbilə bir çox şagirdin təhsili yarımçıq qoyduğu bildirir.

2009-2013-cü illər arasında iran adlanan yerin təhsil naziri olmuş Həmid Rza Hacıbabayi iran adlanan yerdə qeyri-fars şagirdlərin qarşılaşdığı problemi belə izah edib: “Ölkə şagirdlərinin 70 faizi ikidillidir. Onların ana dili məktəbə girib birinci sinfi bitirdikdən sonra belə farscaya çevrilmir… Birinci sinifdə təhsil uğursuzluğu ilə üzləşən bir şagird sona qədər müvəffəqiyyət əldə edə bilməyəcək.”

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016