Ev / Xəbərlər / Güney Azərbaycan / Pavel Durov: “iran adlanan yerin rəsmiləri Telegram’dan öz vətəndaşlarına qarşı casusluq üçün istifadə etmək istəyirlər”

Pavel Durov: “iran adlanan yerin rəsmiləri Telegram’dan öz vətəndaşlarına qarşı casusluq üçün istifadə etmək istəyirlər”

Pavel Durov: “iran adlanan yerin rəsmiləri Telegram’dan öz vətəndaşlarına qarşı casusluq üçün istifadə etmək istəyirlər”“Telegram” messenger sosial şəbəkəsinin təsisçisi Pavel Durov oktyabrın 20-də BBC radiosuna açıqlamasında iran adlanan yerin hökumətinin ölkədə “Telegram”dan istifadəyə qoyduğu məhdudiyyətlərdən və vaxtaşırı bu şəbəkənin fəaliyyətinə qoyulan maneələrdən danışıb.
www.D-A-K.org –un “BBC radiosu”-na istinadən məlumatına görə, Pavel Durov deyib ki, o, iran adlanan yerin rəsmilərinin ölkə vətəndaşlarına qarşı casusluq etmək üçün irəli sürdüyü əməkdaşlıq təklifini rədd edəndən sonra “Telegram” şəbəkəsinin fəaliyyəti iran adlanan yerdə bir neçə saatlığa dayandırılıb: “iran adlanan yerin rəsmiləri “Telegram”dan öz vətəndaşlarına qarşı casusluq etmək üçün istifadə etmək istəyirlər. Biz isə bu işdə onlara heç bir yardım edə bilmərik, etməyəcəyik də.
iran adlanan yerin Kommunikasiya və İnformasiya Texnologiyaları Nazirliyi “Telegram”a üz tutaraq ölkə daxilində bu şəbəkədən istifadə edən öz vətəndaşlarına senzura qoymaq və onlardan casusluq etmək üçün özəl avadanlıqların verilməsini tələb ediblər. Lakin biz onun bu tələbini rədd etdik. Onlar da şəbəkəni qapatdılar. Iran adlanan yerin hökuməti ötən həftə ərzində bir neçə dəfə “Telegram”ın fəaliyyətinə mane olaraq onun fəaliyyətini dayandırıb. Biz isə məsələni dərhal mediada işıqlandırandan sonra onlar həmin maneələri aradan qaldırmaq qərarına gəldilər.
Lakin bu məhdudiyyətlər vaxtaşırı davam edir. Bu gün də şəbəkənin fəaliyyətinə yenidən mane oldular. Lakin bir neçə saatdan sonra “Telegram” öz fəaliyyətini bərpa edib. Güman edirəm ki, iran adlanan yerin rəsmiləri sabah məsələ barədə rəsmi izahat verərək şəbəkəni yenidən bağlamağa cəhd göstərəcəklər”.
Qeyd edək ki, iran adlanan yerdə ən azı 20 milyon nəfər “Telegram” messenger şəbəkəsindən istifadə edir.

Həmçinin bax!

Oğuz TV

حداد عادل ,پان فارسیستی در اختلالات روانی‌