Ev / Xəbərlər / İqtisadiyyat / OPEC: İran adlanan yerin iyunda neft hasilatı əvvəlki illərlə müqayisədə azalıb

OPEC: İran adlanan yerin iyunda neft hasilatı əvvəlki illərlə müqayisədə azalıb

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) quruma üzv 12 ölkənin gündəlik neft hasilatı ilə bağlı növbəti aylıq hesabatını dərc edib. www.D-A-K.org –un APA-ya istinadən yaydığı məlumata görə, bu ilin iyun ayında İran adlanan yerin gündəlik neft hasilatı 2 milyon 699 min barel olub: “Bu göstərici də may ayı ilə eynidir, yəni heç dəyişməyib. Ancaq 2011 və 2012-ci illərin iyun ayı ilə müqayisədə 304 min və 959 min barel azalma deməkdir”.

Qeyd edək ki, OPEC-lə İran adlanan yerin açıqladığı statistik rəqəmlər üst-üstə düşmür. Belə ki, İran adlanan yer özünün gündəlik neft hasilatının 3 milyon 708 min barel olduğunu açıqlayıb. Bu da OPEC-in hesabatında açıqladığı statistik rəqəmdən 1 mln 40 min barel çoxdur. Bu isə onunla izah edilir ki, İran adlanan yer 2012-ci ilin birinci yarısınadək özünün neft hasilatı haqda statistikanı bir ay gecikdirməklə OPEC-ə təqdim edib. Ancaq 2012-ci ilin ikinci yarısından etibarən İran adlanan yer statistikanı vaxtında və yubatmadan təşkilata verib.

Həmçinin bax!

ab

Avropa Birliyi Şurası İran adlanan yerin 17 şirkətini “qara siyahısı”na salıb

Avropa Birliyi Şurası İran adlanan yerin 17 şirkətini özünün “qara siyahısı”na əlavə edib. www.D-A-K.org –un ...

Kommentera