Ev / Xəbərlər / Güney Azərbaycan / “Ne mutlu türküm diyene” yazısı avtomobilin müsadirəsinə səbəb olub

“Ne mutlu türküm diyene” yazısı avtomobilin müsadirəsinə səbəb olub

Yük maşını Nadarlı kənd sakini Kərim Tiriyə məxsusdur. Üzərində “Ne mutlu türküm diyene” yazıldığı üçün Təbriz yaxınlığında yerləşən Nadarlı kənd sakini Kərim Tirinin kamyonetinin (yük maşını) iran adlanan yerin təhlükəsizlik məmurları tərəfindən müsadirə edildiyi bildirilir. www.D-A-K.org –un “Amerikanın Səsi”nə istinadən məlumatına görə, təhlükəsizlik məmurları kamyoneti Sufiyan şəhərində müsadirə edib və avtomobil hazırda şəhərin bir polis mərkəzindədir. Kərim Tiri ailəsini həmin kamyonetlə yük daşıyaraq dolandırır. Maşını müsadirə edən məmurlar, yazılan cümlənin “pantürkizm” və “separatçılıq” təbliğatı olduğunu irəli sürüblər.
“Ne mutlu türküm diyene” cümləsi Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kəmal Atatürkə məxsusdur. “Atatürk həmin cümləni türk toplumunun Avropa dövlətləri tərəfindən təhqir edildiyi bir dönəmdə söyləyib… İndi də iran adlanan yerdə türk kimliyini inkar etməyən hər kəs pantürkist və separatçı kimi damğalanır.”

Həmçinin bax!

Oğuz TV

حداد عادل ,پان فارسیستی در اختلالات روانی‌