Ev / Xəbərlər / Siyasi xəbərlər / Nazir: “iran adlanan yerdə narkotik maddələrin maliyyə dövriyyəsi 3 milyard dollardır”

Nazir: “iran adlanan yerdə narkotik maddələrin maliyyə dövriyyəsi 3 milyard dollardır”

iran adlanan yerin daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli noyabrın 13-də jurnalistlərə açıqlamasında ölkədə narkotik maddələrin satışı ilə məşğul olan şəbəkələrdən danışıb. www.D-A-K.org –un “Media forum”-a istinadən məlumatına görə, Əbdülrza Rəhmani Fəzli deyib ki, ölkədə əhalinin böyük bir qisminin narkotik maddələrə aludə olması ciddi narahatlıq doğurur: “Hazırda iran adlanan yerdə narkotik maddələrin maliyyə dövriyyəsinin ümumi həcmi 3 milyard dollardır. Güman edirik ki, islam respublikasının düşmənləri bu miqdarda pulla ölkənin iqtisadi, siyasi, ictimai və mədəni sahələrində istənilən fəsad və təxribat yarada bilər. Biz yaxın aylarda narkotik maddələrin alış-verişi ilə məşğul olan xırda satıcıları şəhərlərdən yığıb məsuliyyətə cəlb edəcəyik. Lakin hesab edirik ki, bu işlə iri miqyasda və sistemli şəkildə məşğul olan şəbəkələrin qarşısını almasaq, narkotik maddələrə qarşı mübarizə gözlənilən nəticəni verməyəcək”.

Həmçinin bax!

iran adlanan yerdə Azərbaycanlı Türklər rusiya əleyhinə aksiyaya hazırlaşır

Etiraz aksiyasının bu gün baş tutacağı gözlənilir. Azərbaycanın Cənubunun – Güneyinin mənbələrinin yaydığı məlumata görə, ...

Kommentera