Ev / Xəbərlər / Güney Azərbaycan / Nadir Qazipur: “Urmiya gölünün bərpası məqsədilə indiyədək heç bir proqram icra edilməyib”

Nadir Qazipur: “Urmiya gölünün bərpası məqsədilə indiyədək heç bir proqram icra edilməyib”

“Urmiya gölünün bərpası məqsədilə indiyədək heç bir proqram icra edilməyib”. www.D-A-K.org –a daxil olan məlumata görə, bunu İran adlanan yerin parlamentində Urmiya şəhərini təmsil edən azərbaycanlı deputat Nadir Qazipur bildirib.

İran adlanan yerin parlamentinin mədən və sənaye komissiyasının sədri həmçinin deyib ki, bununla bağlı yaradılmış işçi qrupundan da heç bir xəbər yoxdur: “Yerli küləklərin Urmiya gölünün duzlarını ətrafa yayması bölgədə tənəffüs problemləri və xərçəng xəstəliklərinə gətirib çıxaracaq. Hazırda hövzənin yalnız 6 faizində su qalıb. Urmiya gölünün ölməsi ilə bölgədə kənd təsərrüfatı və heyvandarlıq iflic vəziyyətinə düşüb”.

Qeyd edək ki, Urmiya gölü İran adlanan yerin Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv.km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. İran adlanan yerin rəsmiləri hazırda hövzənin yalnız 7 faizində su qaldığını və 8 milyard ton duz olduğunu bildirirlər. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera