Ev / Xəbərlər / Siyasi xəbərlər / Musəvi Kərəc şəhərində “bozqurd” işarələrilə qarşılanıb

Musəvi Kərəc şəhərində “bozqurd” işarələrilə qarşılanıb

Prezidentliyə namizəd bildirib ki, Mahmud Əhmədinejad məqsədli olaraq xalqı aldadır

Image İran adlanan yerin prezidenti Mahmud Əhmədinejad xaqı ölkənin iqtisadi vəziyyətilə bağlı məqsədli şəkildə aldadır. www.D-A-K.org -un ANSPRESS-ə istinadən yaydığı məlumata görə, bu barədə qarşıdan gələn prezident seçkisində hazırki prezidentin əsas rəqibi, azərbaycanlı Mirhüseyn Musəvi bildirib. Onun sözlərinə görə, İran adlanan yerin Mərkəzi bankının məlumatları təsdiqləyir ki, ölkədə inflyasiyanın səviyyəsi Əhmədinejadin dediyi kimi 15 faiz yox, 25,4 faizdir.

Qeyd edək ki, Musəvi bir neçə dəfə ölkə rəhbərinin xarici və daxili siyasətini tənqid edib. Bu arada Mirhüseyn Musəvi Tehran yaxınlığındakı Kərəc şəhərində ”bozqurd” işarələrilə qarşılanıb. ”Mehr” xəbər agentliyinin yaydığı bir fotoda Musəvinin Kərəc şəhərinə girərkən ”bozqurd” işarəsi tutulduğu açıq-aşkar görünür. Eyni zamanda avtobusla Kərəc şəhərinə gələn prezidentliyə namizəd Azərbaycan türklərinin milli şüarları və yazılı plakatlarıyla rastlaşıb. Onu da qeyd ed'k ki, İran adlanan yerdə prezident seçkiai iyunun 12-də keçiriləcək.

Image

Həmçinin bax!

iran adlanan yerdə Azərbaycanlı Türklər rusiya əleyhinə aksiyaya hazırlaşır

Etiraz aksiyasının bu gün baş tutacağı gözlənilir. Azərbaycanın Cənubunun – Güneyinin mənbələrinin yaydığı məlumata görə, ...

Kommentera