Ev / Xəbərlər / Güney Azərbaycan / Mərənddə qidadan kütləvi zəhərlənmə baş verib

Mərənddə qidadan kütləvi zəhərlənmə baş verib

İran adlanan yerin Şərqi Azərbaycan vilayətində qidadan kütləvi zəhərlənmə baş verib. www.D-A-K.org –un Oyannews-a istinadən verdiyi məlumata görə, hadisə mayın 1-də günortadan sonra Mərənd rayonunun Gələvan (Gələban) kəndində baş verib. Təxminən 800 nəfər Mərənd, Təbriz, Şəbüstər, Hadişəhr və yaxınlıqdakı digər xəstəxanalara qaldırılıb.

Mərənd Rayon İcra Hakimiyyətinin başçısı Nağı Kərimi bildirib ki, kənd sakinləri məsciddə nahar vaxtı qəbul etdikləri qidadan zəhərləniblər: “Zəhərlənməyə səbəb kimi ətin keyfiyyətsiz olması göstərilib”.

İran adlanan yerin mətbuatı ötən gün zəhərlənənlərin sayı barədə müxtəlif rəqəmlər verib. İran adlanan yerin Şərqi Azərbaycan vilayətində yayımlanan “Səhənd” telekanalı onların sayının 250 nəfər olduğunu açıqlayıb.

Qeyd edək ki, Gələvan kəndinin 3500 nəfər sakini var.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera