Ev / İnformasiya / DAK haqqında / Moskvada “Cavad xan” filminin təqdimat mərasimi keçirilib

Moskvada “Cavad xan” filminin təqdimat mərasimi keçirilib

Təqdimat DAK-ın Rusiya nümayəndəliyinin və Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsüylə baş tutub

Image Aprelin 10-da Rusiyanın paytaxtı Moskva şəhərinin ”Oktyabr” Kino Evində ”Cavad xan” filminin təqdimat mərasimi keçirilib. www.D-A-K.org -a daxil olan məlumata görə, təqdimat Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Dünya Azərbaycanlıları Konqresi Rusiya nümayəndəliyinin rəhbəri Mirəşrəf Fətiyevin təşəbbüsüylə baş tutub.

Tədbiri Polad Bülbüloğlu açaraq Cavad xanın Azərbaycan tarixindəki yerindən, tarixi filmlərin, o cümlədən təqdim olunan filmin əhəmiyyətindən danışıb.
Filmin ssenari müəllifi, xalq şairi Sabir Rüstəmxanlı isə Rusiya-Azərbaycan münasibətlərinin tarixi və bu günü barədə fikirlərini paylaşıb, tarixə obyektiv baxışın xalqlar arasındakı münasibətlərin normallaşmasına verə biləcəyi töhfədən və filmin yaranma zərurətindən bəhs edib.
”Cavad xan” filminin rejissoru Rövşən Almuradlının və Cavad xan rolunun ifaçısı xalq artisti Nurəddin Mehdixanlının çıxışlarından sonra film tamaşaçılara təqdim edilib. İzləyicilərin filmə münasibəti təqdimat boyu dəfələrlə səslənən alqışlarla özünü göstərib. Daha sonra filmin yaradıcı heyəti ilə səfir Polad Bülbüloğlunun Azərbaycan səfirliyində görüşü olub.
Xatırladırıq ki, 2009-cu ildə istifadəyə verilən ”Cavad xan” filmi Rusiyanın Gəncə xanlığını işğal etməsi və Gəncə xanı Cavad xanın işğala qarşı mübarizə tarixini əks etdirir.

Həmçinin bax!

ejdertagizade-1

DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin “Olaylar”a müsahibəsi

“Tehran rejimi Azərbaycan dövlətinin varlığını həzm edə bilmir”“İran adlanan yerdə azərbaycanlılar zindana atılır, haqsız insanlar ...

Kommentera