Ev / Okategoriserade / Möhsün Mehrəlizadə İran adlanan yerin Şərqi Azərbaycan vilayətinə vali təyin edilib

Möhsün Mehrəlizadə İran adlanan yerin Şərqi Azərbaycan vilayətinə vali təyin edilib

İran adlanan yerin Şərqi Azərbaycan vilayətinə yeni vali təyin edilib. www.D-A-K.org –un AZOH-a istinadən məlumatına görə, İran adlanan yerin Nazirlər Kabinetinin oktyabrın 4-də keçirilmiş yığıncağında tanınmış azərbaycanlı siyasətçi Möhsün Mehrəlizadə bu posta gətirilib.

Qeyd edək ki, M.Mehrəlizadə Marağa şəhərində anadan olub. Azərbaycanlı siyasətçi İran adlanan yerin eks-prezidenti Məhəmməd Xatəminin hakimiyyəti dövründə vitse-prezident vəzifəsində işləyib. O, 2005-ci il prezident seçkilərində 8 namizəddən biri olub və ona verilən səslərin həmin il İran adlanan yerin prezidenti seçilmiş Mahmud Əhmədinejadın xeyrinə saxtalaşdırıldığını iddia edib. Hətta M.Mehrəlizadə 2005-ci il seçki kampaniyası zamanı “İran adlana yerin 6 türk vilayəti mənə səs verəcək” deyərək Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin və Həmadan vilayətlərindən əlavə, Tehran və bir neçə başqa vilayətlərin də bəzi bölgələrində yaydığı şəkillər və broşürlərdə Azərbaycan dilindən istifadə edib. O, seçkilərdən bir neçə gün öncə İran adlanan yerin dövlət televiziyası ilə müsahibədə azərbaycanlı məşhur türkoloq və cərrah, türkcə-farsca “Varlıq” dərgisinin təsisçisi, doktor Cavad Heyət tərəfindən dəstəkləndiyini də bildirib.

Həmçinin bax!

Zakir Həsənov-Hulusi Akarı

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanın hərbi medalı ilə təltif olunub

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarı ...

Kommentera