Ev / Həmsədrlər / Müsahibələr / “Millət bu zülmlərə dözməməlidir, ayılmalıdır”

“Millət bu zülmlərə dözməməlidir, ayılmalıdır”

Sabir Rütəmxanlı: ”Biz Güney Azərbaycanda hərəkatı daha da güclü görmək istəyirik”

Image Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Milli Məclisin deputatı, xalq yazıçısı Sabir Rüstəmxanlı ”Amerikanın Səsi” radiostansiyasının ”Haray” proqramının qonağı olub. Azərbaycan, Rusiya, İran adlanan yer, İsveç və başqa ölkələrdə 35 kitabı müxtəlif dillərdə çap olunan Sabir Rüstəmxanlının müsahibəsini diqqətinizə çatdırırıq:

– Yeni ”Haray” proqramımızı necə qarşıladınız?

– ”Amerikanın səsi” radiosuna təşəkkür edirəm. Nəhayət, sırf Güney azərbaycanlıların yaşam tərzi, mədəniyyətləri və hüquqları ilə bağlı belə bir proqram açıb. Adı da çox doğrudur. Güneydə öz torpaqlarında qürbətdəymiş kimi yaşayan soydaşlarımızın haray səsini dünyaya çatdırmaq çox vacibdir. Bəlkə də bu, dünya tarixində acı bir təcrübədir. İran adlanan dövləti sən qurasan, sən yaşadasan, sərhədlərinin və mədəniyyətinin qorunması üçün yüz minlərlə şəhid verəsən, sonda sənin türk dilini danalar, ana dilində oxumağına qadağa qoyalar. Hazırda hakimiyyət türklərlə bölünsə də, bu imtiyaz və səlahiyyətlərin bölgüsü deyil.

– İran adlanan yerdə son prezident seçkilərini və seçkilərdən sonrakı dövrü necə qiymətləndirirsiniz? Azərbaycanlıların rolu necə görünür?

– Prezident seçkiləri bir məsələni aydın göstərdi ki, İran adlanan yerdə hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Azərbaycan məsələsi ilə məşğul olmalıdır. İran adlanan yerdə azərbaycanlıların qanuni haqlarını verməyən bir şəxs hakimiyyətə gələ bilməz. Prezidentliyə namizədlərin hamısı Təbrizdə çıxışlarını azərbaycanca edir və Azərbaycan dilində məktəblərin açılacağını bildirirdi. O da göründü ki, azərbaycanlıların İran adlanan yerdə seçkilərin nəticələrinə təsir edəcək vahid siyasi təşkilatı yoxdur. Biz Güney Azərbaycanda hərəkatı daha güclü görmək istəyirik.

– Təbrizdə Azərbaycan türkcəsində danışıb vədlər verən Əhmədinejad hökumətinin bu dildə məktəblər açacağına, medianın təsisinə icazə verəcəyinə inanırsınız?

– Buna inanmıram. İslam inqilabından sonra verilən vədlər yerinə yetirilməyib. Mərhum Şəriətmədarinin xidmətləri unudulub. Hazırda hakimiyyət başında olan türk kökənli insanlar bunun haqqında düşünmürsə, bu vədin yerinə yetiriləcəyinə inanmıram. Bu, sadəcə, seçkiöncəsi bir vəddir. Amma milləti belə vədlərlə uzun zaman kəsiyində də aldatmaq mümkün deyil.

– Siz bir neçə ay öncə İran adlanan yerin ali dini rəhbərinə açıq məktubla müraciət etmişdiniz. Məktubunuza cavab aldınızmı?

– Məktubuma çox reaksiyalar oldu. Müxtəlif imzalarla cavab verilsə də, hakimiyyət orqanları tərəfindən hazırlanmışdı. İran adlanan yerin rəsmi saytlarında yazdılar ki. guya mən bu ölkənin daxili işlərinə qarışmışam. Cavab verdim ki, 35 milyonluq qan qardaşımın hüquqlarından danışmaq ölkənin daxili işinə qarışmaq demək deyil. İnsan haqları beynəlxalq hüququn təməl prinsiplərindəndir.

– İran adlanan yerdə insan haqlarından danışdınız. Bu ölkədə seçkilərdən sonra həbsxanalarda ağır işgəncələrdən danışılır. Buna münasibətiniz necədir?

– Təəssüf ki, İran adlanan yerin hüquq-mühafizə orqanları orta əsrlər dövrünün zülm, istibdad, cəza üsullarından əl çəkməyib. Həbsxanalarda bəzən ən yüksək mənsəb sahibləri belə qızları zorlayır. İnsanın ağlına gəlməyən, İslam dinin qaydalarına uyğun gəlməyən cəzalar verilir. İnsan hansı vəzifə daşıyır-daşısın öz vətəninin övladına bu cür insanlığa, dinə, XXI yüz ilin havasına yaraşmayan belə hərəkətlərə necə yol verə bilər? 2006-cı ilin mayında azərbaycanlılar öz hüquqlarının müdafiəsinə qalxanda da onlarla insan öldürüldü, 20 mindən çox insan göz altına alındı. Millət bu zülmlərə dözməməlidir, ayılmalıdır.

Həmçinin bax!

“Borçalıdakı soydaşlarımızın durumu narahatlıq doğurur”

DAK həmsədri Sabir Rüstəmxanlı: ”Gürcüstan Azərbaycanın xoş münasibəti qarşılığında öz borcunu yerinə yetirmir” ”Gürcüstan özünü ...

Kommentera