Ev / Xəbərlər / Güney Azərbaycan / Milli fəalların məhkəmə prosesi keçirilib

Milli fəalların məhkəmə prosesi keçirilib

İran adlanan yerdə 5 azərbaycanlı fəalın məhkəmə prosesi keçirilib. www.D-A-K.org –un “Oyannews”a istinadən yaydığı məlumata görə, Mikayıl (Salar) Turi, Məhəmməd Əmiri, Məhəmməd Xətibi, Əli Sirnak və Nəcəf (Adil) Xəndani fevralın 9-da Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində hakim qarşısına çıxıblar. Onlar hakimiyyətin əleyhinə təbliğat aparmaq və qanunsuz toplantılara qatılmaqla ölkənin milli təhlükəsizliyini pozmaqda günahlandırılıblar. Azərbaycanlı fəalları məhkəmədə vəkillər Cəfər Əfşarniya, Fatimə Səttari və Sima Bağban müdafiə ediblər. Onlar barəsində son qərarın bir həftə ərzində açıqlanacağı bildirilib. Azərbaycanlı fəallarla birlikdə İsfəndiyar Pənahi və Cahangir Məhdəvi də mühakimə olunublar.

Qeyd edək ki, azərbaycanlı fəallar ötən ilin fevralında İran adlanan yerin İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşlarının Təbrizin Qolşəhr məhəlləsində yerləşən “Yanar” çay evinə basqını zamanı 45 nəfərlə birlikdə saxlanılıblar. Həbs 2013-cü il fevralın 26-da Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizin “Səhənd” stadionunda yerli “Traktor” komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Cəzirə” klubu arasında keçiriləcək qarşılaşma və 109 nəfər azərbaycanlı fəalın İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrini genişləndirməsinə etiraz olaraq imzaladığı müraciətlə bağlı olub. Onlardan 40 nəfəri sorğu-sual edildikdən və bir gün ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlanıldıqdan sonra fevralın 25-də səhər saatlarında azadlığa buraxılıb. Digər 5 azərbaycanlı fəal iki gün təcridxanada saxlanıldıqdan sonra fevralın 26-da axşam saatlarında zəmanətlə sərbəst buraxılıb. Lakin Təbriz Məhkəməsinin 19-cu şöbəsində keçirilən məhkəmə prosesində hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandırılan azərbaycanlı fəallar barəsində həbs-qətimkan tədbiri seçilərək Təbriz həbsxanasına göndəriliblər. Martın 7-də onların məhkəmə prosesi keçirilib və Təbriz Məhkəməsinin 19-cu şöbəsinin hakimi azərbaycanlı fəalların azadlığa buraxılması üçün 100 milyon tümən dəyərində mülk girovu təyin edib. Martın 12-də axşam saatlarında M.Turi M.Əmiri, M.Xətibi, Ə.Sirnak və A.Xəndanla birgə 100 milyon tümən zəmanətlə sərbəst buraxılıb. M.Turi ötən il sentyabrın 16-da yenidən həbs edilib və 35 günlük həbs həyatından sonra oktyabrın 20-də 50 milyon zəmanətlə Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera