Ev / Xəbərlər / Güney Azərbaycan / Milli fəal Əli Hüseynnejad yenə tutulub

Milli fəal Əli Hüseynnejad yenə tutulub

Image Güney Azərbaycanın Maku şəhərindən olan milli fəal Əli Hüseynnejad tutulub. www.D-A-K.org -a daxil olan məlumata görə, ötən aylarda müvəqqəti olaraq azadlığa buraxılmış soydaşımızı ”Ettelaat”ın həbs etdiyi ehtimal olunur. Hətta milli fəalın on gün əvvəl Makudan ”Ettelaat”ın Urmiyadakı təcridxanasına köçürüldüyü bildirilir. Məlumatda sentyabrın 26-da ”Ettelaat” əməkdaşlarının soydaşımızın mağazasına gələrək onu idarəyə apardıqlar, hətta şəxsi mənzilində axtarış həyata keçirildiyini və milli fəala məxsus bir sıra şəxsi əşyaları, kompüteri və bir neçə CD-ni özlərilə götürdükləri vurğulanır. Eyni zamanda məlumatda indiyədək Əli Hüseynnejadın ailəsilə heç bir əlaqə saxlaya bilmədiyi və vəkil tutmaq hüququndan da məhrum olunduğu bildirilir. Xatırladaq ki, Əli Hüseynnejad 2006-ci il 22 may hadisələri zamanı da tutulub və həbs cəzasına məhkum olunub.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera