Ev / Xəbərlər / Güney Azərbaycan / Məhəmməd Delnəvəz ”Ettelaat”da saxlanılır

Məhəmməd Delnəvəz ”Ettelaat”da saxlanılır

Güney Azərbaycan Milli Hərəkatının fəalı Məhəmməd Delnəvəz ”Ettelaat”ın Təbrizdəki təcridxanasında saxlanılır. www.D-A-K.org –un “Oyannews”a istinadən yaydığı məlumata görə, Binab şəhərinin Zavəşt kəndinin sakini olan soydaşımız 2012-ci il dekabrın 27-də Marağa şəhərinə İran adlanan yerin Şərqi Azərbaycan vilayətilə Ermənistan arasındakı əlaqələrin genişləndirilməsinə etiraz olaraq keçirilmiş aksiyada həbs edilib. 

Məhəmməd Delvənəz indiyədək ailəsilə yalnız qısa bir telefon əlaqəsi saxlayaraq ”Ettelaat”ın Təbrizdəki təcridxanasında saxlanıldığını bildirib. Soydaşımızın anasının ciddi xəstəliyi və dərmanlarının kəsilməsi də səlahiyyətlilərin gözardı etdiyi digər mövzudur.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera