Ev / Xəbərlər / Güney Azərbaycan / Mehdi Purbayram zəmanətlə azadlığa buraxılıb

Mehdi Purbayram zəmanətlə azadlığa buraxılıb

İran adlanan yer azərbaycanlı universitet müəllimi zəmanətlə azadlığa buraxılıb. www.D-A-K.org –un HRAZ-a istinadən verdiyi məlumata görə, Mehdi Purbayram üç aydan çox həbsdə saxlanıldıqdan sonra ailəsinin qoyduğu 2 milyard riyal mülk girovu qarşılığında Əhər şəhərinin həbsxanasından sərbəst buraxılıb.

Qeyd edək ki, İran adlanan yerin İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Kəleybər şöbəsinin əməkdaşları azərbaycanlı müəllimi yanvarın 24-də ata evində həbs edərək naməlum yerə aparıblar. Onun bir sıra şəxsi əşyaları və kompüteri də müsadirə edilib. Azərbaycanlı müəllimin nədə ittiham olunduğu açıqlanmasa da, onun “Facebook” sosial şəbəkəsində İran hökuməti əleyhinə tənqidi fikirlər yazdığına görə tutulduğu ehtimal edilir. M.Purbayram ixtisasca mühəndis-mexanikdir və Kəleybər Vahid Azad Universitetində dərs deyib.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera