Ev / Xəbərlər / Güney Azərbaycan / Əlyazmalar İnstitutu güneyli şair Sabit Əndəbilinin lirik şeirlər divanının surətini əldə edib

Əlyazmalar İnstitutu güneyli şair Sabit Əndəbilinin lirik şeirlər divanının surətini əldə edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu Təbriz Mərkəzi Kitabxanasından XIX əsrdə yaşamış Güney Azərbaycan şairi Sabit Əndəbilinin lirik şeirlər divanının surətini əldə edib. 

İnstitutun direktor əvəzi Paşa Kərimovun APA-ya verdiyi məlumata görə, divanda şairin 1500 beytə yaxın fars və türk dillərində yazdığı şeirlər toplanıb: “Görkəmli alim Məhəmmədəli Tərbiyət “Danişməndani-Azərbaycan” əsərində məlumat verir ki, Sabit Əndəbili Güney Azərbaycanın Rüdəqat mahalındakı kəndlərdən olan Əndəbildə doğulub, Təbrizdə yaşayıb. Əlyazmanın üzərindəki möhürdən görünür ki, əsər görkəmli tədqiqatçı və kolleksiyaçı Hacı Məhəmməd ağa Naxçıvaniyə məxsus olub. Farsca şairlərin içində Şeyx Fəridəddin Əttarın, Sədi Şirvaninin, Fətəli şah Qacarın, Şah Nemətullahın, Nazim adlı şairin şeirləri də var. Buraya Sabit Əndəbilinin Qacar hökmdarı Nəsrəddin şaha (hakimiyyət illəri: 1848-1896) həsr etdiyi şeir də daxil edilib”. Paşa Kərimov deyib ki, Sabit Əndəbilinin Azərbaycan dilindəki şeirləri onun lirik mövzuda yazdığı qəzəllərindən, müəmmalarından, sinəzən və növhələrindən ibarətdir. Şairin şeirləri dilinin sadəliyi, canlı danışıq elementlərindən istifadə etməsi ilə seçilir.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera