Ev / Xəbərlər / Güney Azərbaycan / Əli Əhmədi azadlığa buraxılıb

Əli Əhmədi azadlığa buraxılıb

İran adlanan yerdə tanınmış azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb. www.D-A-K.org –un “Oyannews”a istinadən yaydığı məlumata görə, Əli Əhmədi beş gün həbsdə saxlanıldıqdan sonra fevralın 10-da 20 milyon tümən girov qarşılığında Meşkinşəhr (Xiyov) şəhərinin həbsxanasından sərbəst buraxılıb. Onun Ərdəbil şəhərindəki “Alma” kafesi də qapadılıb.

Qeyd edək ki, azərbaycanlı fəal fevralın 3-də məhkəməyə çağırılıb. Buna səbəb onun ötən ilin avqustunda Savalan dağına toplaşmaq çağırışı ilə bağlı olub. Əslində işə Xiyov şəhər prokurorluğunda baxılmalı olsa da, ancaq İran adlanan yerin İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) müdaxiləsi nəticəsində Parsabad (Muğan) Ümumi və İnqilab Məhkəməsinə verilib. Ə.Əhmədi də fevralın 6-da Muğan məhkəməsinin ikinci şöbəsinə müraciət edib. Hakim azərbaycanlı fəalı hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandıraraq, onun azadlığa buraxılması üçün 12 milyon tümən girov müəyyənləşdirib. Ancaq Ə.Əhmədi həbsinin qanunsuz olduğunu bildirib. ETTELAAT da onun sərbəst buraxılması ilə razılaşmayıb və Ə.Əhmədinin məhkəmə zalındaca əlləri qandallanaraq Xiyov şəhərinin həbsxanasına aparılıb. Ə.Əhmədi avqustun 23-də azərbaycanlı fəallar Milad Qadiri, Səccad Culani, Kiyumərs İslami, Bəhram Bəradəran və Fəyyaz Kərimi ilə birlikdə Xiyov-Qaynarca yolunda tutulub. Onlar Güney Azərbaycan Məşrutə Hərəkatının ildönümünü anmaq üçün Savalan dağına tədbir keçirmək üçün getmək niyyətində olublar. Azərbaycanlı fəal bir gün saxlanıldıqdan sonra avqustun 24-də sərbəst buraxılıb. Ə.Əhmədi 2013-cü il fevralın 26-da Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizin “Səhənd” stadionunda yerli “Traktor” komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Cəzirə” klubu arasında keçirilmiş qarşılaşma zamanı da həbs edilib və bir neçə gün saxlanıldıqdan sonra 50 milyon tümən zəmanətlə sərbəst buraxılıb. Ə.Əhmədi həmçinin Ərdəbil Mühəqqiq Universitetinin Səşriyar Dərnəyinin baş katibi və ali təhsil müəssisəsinin “Görüş” tələbə dərgisinin redaktoru olub.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera