Ev / Xəbərlər / Güney Azərbaycan / Əli Hidayəti və Yədullah (Elman) Dəşti azadlıqdan məhrum ediliblər

Əli Hidayəti və Yədullah (Elman) Dəşti azadlıqdan məhrum ediliblər

İran adlanan yerdə iki azərbaycanlı fəal barəsində məhkəmənin hökmü açıqlanıb. www.D-A-K.org –un HRAZ-a istinadən məlumatına görə, Mahabad (Soyuqbulaq) İnqilab Məhkəməsi Əli Hidayətini 5 ay, Yədullah (Elman) Dəştini isə 6 ay azadlıqdan məhrum edib. Azərbaycanlı fəallar hakimiyyətin əleyhinə təbliğat aparmaq, ölkənin milli təhlükəsizliyini pozmağa cəhd göstərən müxalif qruplara üzv olmaqda, həmçinin pantürkizmi təbliğ etməkdə günahlandırılıblar.

Qeyd edək ki, Y.Dəşti və Ə.Hidayəti avqustun 3-də Soyuqbulaq İnqilab Məhkəməsində Ramin Rzayi ilə birgə mühakimə ediliblər. Tikab (Tikantəpə) şəhərindən olan azərbaycanlı fəalları məhkəmədə vəkil Fatimə Səttari müdafiə edib. Ə.Hidayəti və R.Rzayi hakimiyyət əleyhinə təbliğat aparmaqda, Y.Dəşti isə hakimiyyət əleyhinə təbliğat aparmaq və müxalif qruplarla əməkdaşlıqda günahlandırılıblar. Məhkəmə prosesi yerli vaxtla səhər saat 10:00-da başlayıb və üç saat davam edib. Məhkəmə prosesinə hakim Əhməd Cavadikiya sədrlik edib. Hakim separatçı Güney Azərbaycan Milli Hərəkatı və pantürkizmi təbliğ etmək, millətçiliyi özündə ehtiva edən SMS-lər göndərmək və İran adlanan yerin İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) sənədləri əsasında belə bir hökm çıxarıb.

Hər üç fəal Azərbaycan dili, mədəniyyəti və musiqisinin yayılması uğrunda apardıqları dinc fəaliyyətlərinə görə bundan əvvəl bir neçə dəfə tutulublar. Belə ki, R.Rzayi 2011-ci il sentyabrın 7-də həbs edilərək ETTELAAT-ın Urmiya şəhərindəki təcridxanasına göndərilib. Y.Dəşti və Ə.Hidayəti isə Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizin “Traktor” futbol komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-cəzirə” klubu arasında keçirilmiş qarşılaşma zamanı həbsə alınaraq ETTELAAT-ın Miyandab (Qoşaçay) şəhərindəki təcridxanasına göndəriliblər.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera