Ev / Xəbərlər / Güney Azərbaycan / Əkbər Ələmi Təbrizdə yerli camaatla görüşüb

Əkbər Ələmi Təbrizdə yerli camaatla görüşüb

Prezidentliyə namizəd mayın 27-də Tehrana gedəcək

Image Mayın 14-də İran adlanan yerin prezidentliyinə azərbaycanlı namizəd, sabiq millət vəkili Əkbər Ələmi seçki kampaniyası çərçivəsində Güney Azərbaycanın başkəndi Təbriz şəhərində yerli camaatla görüşüb. www.D-A-K.org -un ”BayBak”a istinadən yaydığı məlumata görə, görüşün əvvəlcədən saat 18.00-dan 20.00-dək Tərbiyət xiyabani, Müəllimlər zalında olacağı bildirilmişdi. Ancaq fars şovinist rejimi zalı təmir bəhanəsilə qapadaraq, yeri icarəyə verən şəxsi də işdən çıxardıb.

Bütün bunlara baxmayaraq, Əkbər Ələmi Təbrizdə bir məsciddə çıxış edib. Küçələrə çıxmış soydaşlarımız əllərində yazılı şüarlarla Əkbər Ələmini dəstəklədiklərini bildiriblər. Yerli camaat ”Türk dilində mədrəsə, olmalıdır hərkəsə” şüarını səsləndirərək, sabiq millət vəkilindən Azərbaycan türkcəsində təhsil istəyiblər. Onun videorolikinə http://www.azr.baybak.com/il_2009_say_4767.azr ünvanında baxmaq mümkündür. Qeyd edək ki, Əkbər Ələminin Ərdəbil, Əhər və Xiyavda planlaşdırdığı (fars şovinistləri Meşkinə dəyişdirib) yerli camaatla görüşünə maneə törədilib və ona yer verilməyib. Halbuki bu yaxınlarda digər namizədlər sərbəst şəkildə öz görüşlərini keçiriblər. Onu da qeyd edək ki, Əkbər Ələmi mayın 27-də saat 12:30-dan 14:00-dək Tehran universitetinin Sosial elmlər fakültəsində çıxış edəcək.

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera