Ev / Xəbərlər / Diaspora / Kanadada “Azerbaijan Star” qəzeti nəşrə başlayıb

Kanadada “Azerbaijan Star” qəzeti nəşrə başlayıb

Kanadanın Toronto şəhərində “Heydarbaba Media Group”un təsisçiliyilə “Azerbaijan Star” qəzeti ingilis dilində nəşrə başlayıb. www.D-A-K.org –un APA-ya istinadən yaydığı məlumata görə, bu barədə qəzetin baş redaktoru, Kanadada yaşayan soydaşımız Yaşar Purəli məlumat verib. 

O bildirib ki, qəzetin ilk sayı bu ayın 23-də işıq üzü görüb: “5000 tirajla nəşr olunan “Azerbaijan Star” 20 səhifəlik aylıq qəzetdir. Torontoda çap edilərək ətraf şəhərlərdə, eləcə də 40-a yaxın müəssisələrə pulsuz paylanılıb. Növbəti buraxılışları hər ayın 15-də çap edəcəyik. Qəzetin məqsədi Azərbaycan mədəniyyətini və turizmini Kanada cəmiyyətinə daha çox tanıtmaqdır”.

Həmçinin bax!

reinfeldtderaxtiobama

Barak Obama Siyavuş Deraxti ilə görüşdü

Barak Obama Isveç səfərində, Azərbaycanın güneyindən olan gənc, Siyavuş Deraxti ilə görüşdü.

Kommentera