Ev / Xəbərlər / Güney Azərbaycan / Isa Qəmbər – Azərbaycanın Cənubu / Güneyi haqqında…[Oynaq Görüntü-Müsahibə]

Isa Qəmbər – Azərbaycanın Cənubu / Güneyi haqqında…[Oynaq Görüntü-Müsahibə]

İsa Qəmbər: Bütöv bir xalqın təhqiri ciddi cinayət hadisəsidir…

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində iran adlanan yerin televiziyasında azərbaycanlıların təhqirinin doğurduğu etirazlar və ictimai-siyasi nəticələrdən danışıb.

İsa Qəmbər: Təhqir yolverilməzdir. Xüsusən bütöv bir xalqın təhqiri ciddi bir cinayət səviyyəli hadisədir. Söhbət televiziya kimi KİV-dən gedirsə, bu ümumiyyətlə yolverilməzdir. Buna münasibət birmənalı olaraq pisdir. Heç bir millətin, heç bir xalqın təhqirinə yol vermək olmaz.

Amerikanın Səsi: Amma gəlin etiraf edək ki, iran adlanan yerdə azərbaycanlıların geniş etirazları Azərbaycan Respublikasında nə rəsmi, nə müxalifət, nə də ictimai fikirdə o qədər də geniş rezonans doğurmadı. Səbəb nədir?

İsa Qəmbər: Sözün doğrusu, mən o fikirdə deyiləm ki, geniş etiraz doğurmayıb, əks-səda verməyib. Bu hadisə Azərbaycanda ciddi müzakirə edilir, xüsusən sosial şəbəkələrdə, demokratik düşərgədə və elə yarızarafat, yarıciddi onu da deyə bilərəm ki, sosial şəbəkə iştirakçılarının yarısı bu hadisəyə münasibət bildirirlər, etirazlarını, narahatlıqlarını, narazılıqlarını bildirirlər. Digər yarısı isə sizin dediyiniz kimi heç kimin bu məsələyə diqqət yetirmədiyini yazır. Ancaq, əslinə qalsa kifayət qədər diqqət yetirilir. Mən Müsavat Partiyasının divanının bu məsələyə bir neçə gün əvvəlki rəsmi münasibətini xatırlayıram, digər siyasi qüvvələr, təşkilatlar, ictimai-siyasi xadimlər bu məsələ ilə bağlı mövqelərini yazırlar, bildirirlər. Yəni kifayət qədər reaksiya verilir. Hakimiyyət buna reaksiya vermir. Bunun səbəbləri təbii ki, təəssüf doğurucudur. Çünki Azərbaycan hakimiyyəti özünü 50 milyonluq Azərbaycan xalqının rəhbərliyi adlandırsa da, bu məsələlərdə susmağa üstünlük verir və susqunluğun əsas səbəblərindən biri də təəssüf ki, qorxudur. Azərbaycan hakimiyyətinin nümayəndələri yalnız öz hakimiyyəti ilə bağlı məsələlərdə mövqe ifadə edir, başqa hallarda isə hakimiyyəti qorumaq naminə iran adlanan yer kimi, Rusiya kimi rejimlərin qarşısında qorxu nümayiş etdirir. Bu çox mənfi bir haldır.

Amerikanın Səsi: iran adlanan yerdə çoxsaylı Azərbaycan türkləri həbs edilib. Onların hüquqlarının ictimai müdafiəsinin təşkili ilə bağlı Azərbaycan Respublikasında hansı işlər görülməlidir?

İsa Qəmbər: İnsan haqlarının müdafiəsi kontekstində ciddi addımlar atılmalıdır. Yəni bu, birbaşa bəyanatlar, müraciətlər, petisiyalar, imzatoplama şəklində də ola bilər. Beynəlxalq təşkilatlarla iş gücləndirilməlidir. Bildiyim qədər Bakıda iran adlanan yerin səfiirliyinin qarşısında gənclər tərəfindən aksiyalar keçirmək cəhdi də olub. Yəni bu da etiraz formasıdır. Bütün etiraz formalarından istifadə edilərək iran adlanan yerdə siyasi məhbusların, bu məsələ ilə bağlı həbs edilən insanların hamısının azadlığını tələb etmək lazımdır. Sadəcə Azərbaycan hakimiyyətinin siyasəti nəticəsində elə absurd bir vəziyyət yaranıb ki, istənilən ölkədən siyasi məhbusların azad edilməsini tələb edəndə haqlı cavabla rastlaşırıq ki, öz ölkənizdəki siyasi məhbusların məsələsi həll olunubdu ki, siz başqa ölkələrdə də bu məsələni qaldırırsınız. Amma, demokratiya sərhəd tanımayan, bütün dünya ölkələrinə aid olan bir dəyərdir. İnsan haqlarını hər yerdə müdafiə etməliyik, bütün dünyada müdafiə etməliyik. Biz dünyanın hər yerində hüququ pozulan insanları müdafiə etməliyik ki, dünya da Azərbaycanın problemlərinə diqqət etsin. Azərbaycanın problemləri isə həm Azərbaycan Respublikasının problemləridir, həm də bütün dünyada yaşayan 10 milyonlarla azərbaycanlıların problemləridir. Xüsusən də iran adlanan yerdəki 30 milyondan yuxarı Azərbaycan türkünün problemləridir. Bu problemlər hamımızın diqqət mərkəzində olmalıdır, hamımız bu məsələyə diqqət yetirməliyik.

Amerikanın Səsi: Azərbaycan parlamentinin keçmiş sədri, Azərbaycanın aparıcı siyasi partiyalarından birinin keçmiş rəhbəri kimi iran adlanan yerdə yaşayan azərbaycanlılara, Azərbaycan Respublikasında yaşayan insanlara sözünüz?

İsa Qəmbər: Mən bilirəm ki, iran adlanan yerdə yaşayan milyonlarla Azərbaycan türkü mübariz, fədəkar insanlardır. Uzun illər ərzində dəfələrlə öz haqları uğrunda mübarizəyə qalxıblar və çox önəmli fədəkarlıq nümunələrini tarixə yazıblar. İndi də onlar bu məsələlərdə kifayət qədər sahibdirlər, təcrübəlidirlər və qərar verəcək səviyyədədirlər. Mən müəyyən informasiya nəticəsində də, müəyyən təhlil nəticəsində dəyəbilirəm ki, iran adlanan yerdə Azərbaycan türklərinin azadlıq hərəkatında müəyyən cəhdlər var ki, proqram şəklində, strateji şəkildə addımlar atılsın. Yəni açığı mən istəmirəm ki, iran adlanan yerdə Azərbaycan türklərinin etirazları yalnız iran adlanan yerin televiziyalarında, mətbuatında, iran adlanan yerin məmurlarının dilindən səslənən təhqirlərlə bağlı olsun. Çünki bu halda elə bil ki, iran adlanan yerin rejiminin əlində rıçaqlar yaranır ki, istədiyi vaxt hərəkatı yüksəltsin, fəalları həbs etsin, hərəkata zərbə vursun, sonra isə üzr istəməklə və sairlə bu hərəkatı zəiflətsin, səngitsin. Bu belə olmamalıdır. Təbii ki, hərəkatda belə mərhələlər olur, ancaq belə olmamalıdır. Xalq öz proqramı, öz strategiyası əsasında hərəkət etməlidir. Mən inanrıam ki, Azərbaycan türkləri də bunu edirlər və edəcəklər. Ümumi mənada götürəndə isə mən o fikirdəyəm ki, iran adlanan yerin gələcəyini həm iran adlanan yerdə yaşayan milli çoxluq olan Azərbaycan türkləri, həm iran adlanan yerdə yaşayan digər milli azlıqlar və iran adlanan yerdə demokratik düşüncəli insanları bir yerdə müəyyən etməlidir. Yəni milli mübarizə ilə demokratik dəyərlər, azadlıqlar uğrunda mübarizənin hansısa bir şəkildə qovuşması, hansısa bir şəkildə bu mübarizəni aparan insanların, təşkilatların anlaşması zərurəti var. İstərdim ki, bizim qardaşlarımız bu məsələlərə diqqət yetirsinlər. Amerikanın Səsi/Pərvanə Bayramova, Tapdıq Fərhadoğlu

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016