Ev / Xəbərlər / Güney Azərbaycan / iran adlanan yerin televiziyasında Türklərin aşağılanmasına geniş etiraz var [Oynaq görüntü]

iran adlanan yerin televiziyasında Türklərin aşağılanmasına geniş etiraz var [Oynaq görüntü]

Azərbaycan vilayətlərində təpkilər genişlənir. Noyabrın 6-da dövlət telekanalının uşaqlara məxsus “Fitilə” adlı proqramında türklərin təhqir edilməsinə qarşı təpkilər iran adlanan yerin televiziyası məsullarının üzr istəməsinə baxmayaraq genişlənərək davam etməkdədir. Bu haqda iran adlananyerin rəsmi xəbər agentlikləri və Azərbaycan vilayətlərində yayılan internet qəzetləri ətraflı məlumat yayırlar.
www.D-A-K.org –un “Amerikanın Səsi”nə istinadən yaydığı məlumatına görə, cümə günü noyabrın 6-da iran adlanan yerin televiziyasının 2-ci kanalında yayımlanan bir televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da bəzi bölümlərində türkcə dialoqlar da yer alıb.
Verilişin yayılmasından sonra Azərbaycan vilayətlərində başlanan təpkilərin genişlənib kəskinləşməsi nəticəsində siyasətçilər və millət vəkilləri iran adlanan yerin dövlət televiziyasına etiraz bildirərək məsulların üzr istəməsini tələb ediblər. Bu istiqamətdə Şərqi Azərbaycan valisi, Təbriz, Urmiyə, Ərdəbil, Xalxal, Sərəskənd (Həştrud) və Mərənd kimi şəhərlərin millət vəkilləri, eləcə də müxtəlif Azərbaycan şəhərlərinin şura üzvləri və digər tanınmış şəxsiyyətlər ayrı açıqlamalar və etiraz bəyanatları yayıblar.
Toplum, mədəni fəallar, tanınmış sənətçilər, futbolçular və millət vəkillərinin sərt reaksiyalarından sonra iran adlanan yerin dövlət televiziyasının ictimai əlaqələr bürosu “Fitilə” verilişinin yayımının dayandırılmasını bildirsə də, təpki və etiraz artaraq davam etməkdədir.
Təbriz millət vəkili Məhəmməd İsmayıl Səidi yerli media ilə müsahibədə iran adlanan yerin telekanalında türklərin təhqir edilməsinin qəsdən həyata keçirildiyini ifadə edib.
Sosial şəbəkələrin güneyli istifadəçiləri iran adlanan yerin televiziyası məsullarının üzrünün səmimi olmadığını, yaydığı bəyanatda Türk yerinə “azəri” ifadəsi işlədərək təhqir etməyə davam etdiyini önə çəkirlər. Güneyli fəallar bu növ proqramların yayımını iran adlanan yerdə türklərə qarşı sistemli irqçilik siyasətinin bir hissəsi olduğunu vurğulayırlar.

Oynaq görüntü:

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016