Ev / Xəbərlər / Siyasi xəbərlər / iran adlanan yerin hökuməti “İnstaqram”ı qadağan edəcək

iran adlanan yerin hökuməti “İnstaqram”ı qadağan edəcək

iran adlanan yerin İnternet-Polisi “İnstaqram” sosial şəbəkəsini qadağan etməyə hazırlaşır. www.D-A-K.org –un “Panoram.az”-a istinadən məlumatına görə, artıq bu məqsədlə hökumətə müvafiq layihə təqdim olunub. Ruhani hökumətinin layihəni təsdiqləyəcəyi təqdirdə ölkədə “İnstaqram” sosial şəbəkəsinə giriş bağlanacaq. Daha əvvəl “Tvitter” və “Feysbuk” sosial şəbəkəsinə qadağa qoyan islam respublikası ötən ay Tehranın elit təbəqəsi gənclərinin həyat tərzini əks etdirən şəkillərin “İnstaqram”da yayılmasından sonra belə bir qərar qəbul etmək niyyətindədir. Maraqlıdır ki, sentyabr ayında ölkədə “Viber”, “Tanqo” və “WhatsApp” şəbəkələrindən istifadənin qadağan olunmasına dair məhkəmə qərar qəbul etsə də bu qərar icra olunmamışdı. Prezident Həsən Ruhaninin internetə senzuranın yumşaldılacağını vəd etməsinə baxmayaraq, ultra-mühafizəkarlar sözügedən məsələdə yumşalmanın əleyhinədirlər.

Həmçinin bax!

iran adlanan yerdə Azərbaycanlı Türklər rusiya əleyhinə aksiyaya hazırlaşır

Etiraz aksiyasının bu gün baş tutacağı gözlənilir. Azərbaycanın Cənubunun – Güneyinin mənbələrinin yaydığı məlumata görə, ...

Kommentera