Ev / Xəbərlər / Güney Azərbaycan / iran adlanan yerdə terrora etiraz edən Azərbaycanlı Türk fəallar həbsə salındılar

iran adlanan yerdə terrora etiraz edən Azərbaycanlı Türk fəallar həbsə salındılar

Ötən həftə Urmiya şəhərində terrorizm əleyhinə keçirilmiş aksiyada həbsə alınmış iki Azərbaycanlı Türk fəala qarşı ittiham irəli sürülüb.
www.D-A-K.org –un ”Oyannews”a istinadən məlumatına görə, Azərbaycanlı Türk fəallar Əta Kərimi və Mehdi Mocərrəbniya qanunsuz aksiyalara qatılmaqda günahlandırılaraq Urmiya şəhərinin həbsxanasına köçürülüblər. Oktyabrın 18-də hakim onların hər birinə sərbəstliklərinə qovuşması üçün 10 milyon tümən mülk girovu təyin edib. Qeyd edək ki, oktyabrın 16-da axşam saatlarında Urmiya şəhərində Yaxın Şərqdə cərəyan edən hadisələrə etiraz olaraq aksiya keçirilib. Yüzlərlə soydaşımız küçə və meydanlara axışaraq müxtəlif silahlı qruplaşmaların, o cümlədən terror təşkilatlarının regionda həyata keçirdikləri cinayətləri qınayıblar. Onlar Urmiyanın “Vilayəti Fəqih” (Mərkəz) meydanı və Sərdəran xiyabanında “Ölüm olsun Öcalana!”, “Ölüm olsun PKK-ya!”, “Ölüm olsun PJAK-a!”, “Şəhidlər ölməz, vətən bölünməz!” “Türkün torpağı bölünməz!”, “PJAK gərək məhv ola!”, “Ya-ya-ya, şa-şa-şa Azərbaycan çox yaşa!” kimi şüarla səsləndiriblər. Ancaq iran adlanan yerin nizam-intizam qüvvələri (polis) və təhlükəsizlik qüvvələri həmişə olduğu kimi, yenə də dinc aksiyaya müdaxilə edib, nəticədə tərəflər arasında güclü toqquşma baş verib. Bir neçə nümayişçinin vəhşicəsinə döyüldüyü, hətta onlardan birinin – Urmiya sakini, milli fəal Əta Kəriminin “Vilayəti Fəqih” meydanında həbs olunduğu bildirilir.
Xatırladaq ki, bu il oktyabrın 12-də də Urmiya Universitetinin bir qrup tələbəsi terrorizm əleyhinə aksiya keçirmişdilər. /Panoram.az/

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera