Ev / Xəbərlər / Güney Azərbaycan / iran adlanan yerdə tanınmış Azərbaycanlı Türk tələbə fəal azadlığa çıxıb

iran adlanan yerdə tanınmış Azərbaycanlı Türk tələbə fəal azadlığa çıxıb

iran adlanan yerdə tanınmış Azərbaycanlı Türk tələbə fəal azadlığa çıxıb. www.D-A-K.org –un “Oyannews”a istinadən məlumatına görə, Əfşin Şahbazi 6 aylıq həbs cəzasını tamamladıqdan sonra oktyabrın 7-də Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb. Azərbaycanlı Türk fəal avqustun 24-də məhkəmənin barəsində çıxardığı həbs cəzasının qalan hissəsini çəkmək üçün Təbriz Mərkəzi Həbsxanasının karantin kamerasına salınıb.
Qeyd edək ki, Azərbaycanlı Türk tələbə fəal 2012-ci il yanvarın 13-də iran adlanan yerin İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən Təbrizdə öz mənzilində tutulub. Ə.Şahbazi 51 gün ETTELAAT-ın Təbriz şöbəsinin təcridxanasında saxlanıldıqdan sonra Təbriz şəhərinin mərkəzi həbbsxanasına köçürülüb. Azərbaycanlı Türk tələbə fəal 2012-ci il mayın 30-da 4 ay 7 günlük həbs həyatından sonra 20 milyon tümən mülk girovu qarşılığında Təbriz şəhərinin mərkəzi həbbsxanasından müvəqqəti azadlığa buraxılıb. Ə.Şahbazi 2012-ci ilin iyununda Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində hakim Rəhim Həmlbərin sədrliyi ilə keçirilən prosesdə 6 ayı 5 il müddətinə təxirə salınmaqla bir il azadlıqdan məhrum edilib.
Azərbaycanlı Türk tələbə fəal bundan əvvəl də dəfələrlə tutulub, təcridxanalarda saxlanılıb və həbs cəzalarına məhkum edilib.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera