Ev / Xəbərlər / Güney Azərbaycan / iran adlanan yerdə tanınmış Azərbaycanlı Türk fəal həbs edilib

iran adlanan yerdə tanınmış Azərbaycanlı Türk fəal həbs edilib

iran adlanan yerdə tanınmış Azərbaycanlı Türk fəal həbs edilib. www.D-A-K.org –un ”Oyannews”a istinadən məlumatına görə, Miyandab (Qoşaçay) şəhərinin sakini olan Daryuş Əndəlibiyan oktyabrın 18-də iran adlanan yerin İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən iş yerində tutulub və 9 aylıq həbs cəzasını çəkməsi üçün Mahabad (Soyuqbulaq) şəhərinin həbsxanasına göndərilib.

 

Qeyd edək ki, 2013-cü il dekabrın 12-də Qoşaçay şəhərində 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvəri və onun yaxın silahdaşlarının qurduğu Azərbaycan Milli Hökumətinin yaranmasının 68-ci ildönümü qeyd olunub. Belə ki, yerli vaxtla 14:00-16:00 arasında iran adlanan yerin Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərinin Qıcılı kəndində Azərbaycan Demokrat Firqəsinin liderlərindən biri olan Xanəli Motiinin məzarı başında anma mərasimi keçirilib. Ancaq ETTELAAT əməkdaşları tədbirə basqın edib və mərasim iştirakçılarına qarşı güc tətbiq edərək bir neçəsini həbs edib. Bunlar D.Əndəlibian, Yusif Muxtari, Cavad Sudbər, Həbib Manafi Azər (hamısı Qoşaçay) və Muxtar (Artan) İbrahimidir (Marağa). Dekabrın 13-də Qoşaçay İnqilab Məhkəməsində onların məhkəmə prosesi keçirilib. Hakim Azərbaycanlı Türk fəalların hər birinə azadlığa çıxmaları üçün 10 milyon tümən girov təyin edib. Onlar məhkəmə prosesi bitdikdən sonra Qoşaçay şəhərinin həbsxanasına salınıblar. Azərbaycanlı Türk fəallar dörd gün həbsdə qaldıqdan sonra dekabrın 16-da sərbəstliklərinə qovuşublar. Bir müddət sonra Mahabad (Soyuqbulaq) İnqilab Məhkəməsi D.Əndəlibiana 9, Həbib Mənafi Azər, Cavad Sudbər, Muxtar İbrahimi və Yusif Muxtariyə isə 3 ay həbs cəzası kəsib. Azərbaycanlı Türk fəallar qanunsuz toplantılara qatılmaqda və sistemə qarşı təbliğat aparmaqda ittiham olunub. Qərar iran adlanan yerin Qərbi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. /Panoram.az/

 

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera