Ev / Xəbərlər / Siyasi xəbərlər / Iran adlanan yerdə 4 nəfər edam edilib

Iran adlanan yerdə 4 nəfər edam edilib

İran adlanan yerdə 4 nəfər edam edilib. www.D-A-K.org –un “Panoram.az”-a istinadən yaydığı məlumatına görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığında və qətldə günahlandırılıblar.

Belə ki, İran adlanan yerin Hörmüzqan vilayətində üç nəfər edam edilib. Məhbuslar narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilərək dara çəkiliblər. Bunlar Murad Ədin, Mahmud Xaqani və Yasər Rigidir. Qərar İran adlanan yerin Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra avqustun 28-də Bəndərabbas şəhərinin mərkəzi həbsxanasında icra edilib.

Bundan əlavə, İran adlanan yerin Sistan və Bəluçistan vilayətində bir nəfər edam edilib. Məhbus qətldə günahlandırılaraq dara çəkilib. Onun ad və soyadının Murad Şibek olduğu qeyd edilib. Məhbus Zabul şəhərinin sakiniymiş. Qərar İran adlanan yerin Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra avqustun 27-də Zahidan şəhərinin mərkəzi həbsxanasında icra edilib.

Həmçinin bax!

iran adlanan yerdə Azərbaycanlı Türklər rusiya əleyhinə aksiyaya hazırlaşır

Etiraz aksiyasının bu gün baş tutacağı gözlənilir. Azərbaycanın Cənubunun – Güneyinin mənbələrinin yaydığı məlumata görə, ...

Kommentera