Ev / Xəbərlər / İqtisadiyyat / iran adlanan yer və Türkiyənin qarşılıqlı rüsum oyunu

iran adlanan yer və Türkiyənin qarşılıqlı rüsum oyunu

iran adlanan yer Türkiyə TIR-larından aldığı haqqı 5 dəfə qaldırıb, nəticədə Türkiyəli yükdaşıyanlar böhranla üzləşiblər.
www.D-A-K.org –un “Ocaq.tv”-yə istinadən məlumatına görə, problem iran adlanan yerin Türkiyə TIR-larından illərdir 750 dollar haqq alması üzündən başlayıb.
Türkiyənin iran adlanan yerin bu haqqın yığılmasının dayandırılmasına dair etdiyi müraciətlər nəticəsiz qalıb. Nəticədə Türkiyə tərəfi bu yaxınlarda iran adlanan yerin addımına cavab olaraq bu ölkəyə aid TIR-lardan sərhədi keçərkən 750 dollar yığmağa başlayıb. Lakin iran adlanan yer dərhal buna cavab verib və oktyabrın 10-dan etibarən Türkiyə TIR-larından sərhədi keçməyə görə 1500 dollar tələb etməyə başlayıb. Ertəsi gün Türkiyə tərəfi buna cavab verib və iran adlanan yerin TIR-larından 1500 dollar haqq tələb edib. Nəticədə iran adlanan yerə aid 300-dən çox TIR sərhədi keçməkdən imtina edərək gözləməyə başlayıb.
Iran adlanan yer sərhədlərində isə Türkiyəyə aid 1400-dən çox TIR yığılıb qalıb. Tərəflərdən heç biri geri addım atmayıb və bu dəfə iran adlanan yer Türkiyə TIR-ları üçün haqqı 3 dəfə artıraraq 2250 dollara qaldırmaq üçün hazırlıqlara başlayıb. Nəticədə Türkiyə nəqliyyatçıları iran adlanan yer sərhəd qapılarında gözləyən TIR-ları Gürcüstanla sərhəddəki Sarp sərhəd-keçid məntəqəsinə və Azərbayana istiqamətləndirib.
Türkiyə nəqliyyatçıları bildirirlər ki, iran adlanan yer illərdir Türk TIR-larını yükdaşımalar bazarında sıxışdırmaq üçün müxtəlif yollara əl atır, onları səbəbsiz yerə sərhəddə gözlədir, cərimələyir və digər maneələr yaradır.

Həmçinin bax!

ab

Avropa Birliyi İran adlanan yerin 7 bankı və 2 şirkətini yenidən “qara siyahı”ya salıb

Avropa Birliyi İran adlanan yerin 7 bankı və 2 şirkətini yenidən “qara siyahı”ya salıb. www.D-A-K.org ...

Kommentera