Ev / Xəbərlər / Güney Azərbaycan / «Güneylilərə nə Türkiyədən, nə də Azərbaycandan dəstək var»

«Güneylilərə nə Türkiyədən, nə də Azərbaycandan dəstək var»

Əliyar Səfərli: «Azərbaycan xalqının ayağa durması, mübarizə aparması, fəallıq göstərməsi hələ tam şəkildə deyil»

«Azərbaycan ziyalıları gərək lazımi məqalələr, kitablar yazsın, maarifləndirmə işləri aparsın»

iran adlanan yerin Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan ”Fitilə” adlı proqramda Azərbaycan türklərinin açıq-aşkar təhqir edilməsi Güneydə yaşayan soydaşlarımızın etirazına səbəb oldu. Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Meşkin, Tehran şəhərlərində yaşayan azərbaycanlılar küçələrə çıxaraq, etiraz səslərini ucaltdılar. Kütləvi aksiyalarda polis qüvvələri ilə toqquşmalarda çox sayda yaralanan, həbs edilən, hətta ölənlər oldu. Etirazlardan sonra iran adlanan yerin dövlət televiziyasındakı ”Fitilə” adlı proqramın fəaliyyəti dayandırılıb. iran adlanan yerin mətbuatı bildirir ki, bununla yanaşı, bir neçə məsul şəxs də tutduğu vəzifədən uzaqlaşdırılıb. Eyni zamanda televiziyanın direktoru Məhəmməd Sarafraz xalqdan üzr istəyib. Nümayişçilər isə televiziyanın birbaşa bağlı olduğu ali dini lideri Ayətulla Əli Xamneyinin üzr istəməsini və iran adlanan yerin parlamentinin etnik xalqlara, xüsusilə də azərbaycanlılara ayrı-seçkiliyi qadağan edən qanun qəbul etməsini tələb edir. Azərbaycanlıların etirazlarına iran adlanan yerdəki digər etnik xalqlar da qoşulublar. Belə ki, ərəb və bəluc fəalları azərbaycanlılara dəstək xarakteri daşıyan bəyanat yayıblar.

iran adlanan yerdə Azərbaycan xalqına qarşı bu cür təhqiramiz münasibət ilk dəfə deyil və bir neçə il əvvəl də azərbaycanlıların tarakana bənzədildiyi karikatura rəsmi mətbuatda yer almışdı. Bu  təhqir tendensiyasının səbəbi nədir? Mövzu ətrafında Azərbaycanın iran adlanan yerdəki sabiq səfiri Əliyar Səfərli ilə söhbətləşdik. Ə.Səfərlinin ”Bizim Yol” qəzetinə müsahibəsini təqdim edirik:

– Azərbaycanla iran adlanan yer arasında əlaqələr pisləşməkdədir. Bunun əsas səbəbi odur ki, Güney Azərbaycan iran adlanan yerin tərkibindədir. Çünki iran adlanan yer orada yaşayan 40 milyon azərbaycanlıya nökər kimi baxır. Onların söz-söhbəti iran adlanan yerlə uyğun ola bilməz. Bu ölkə həm ərazimizi işğal edib, həm də xalqımızı təhqir edir. iran adlanan yer tərəfindən Azərbaycan xalqının təhqir olunması ilk dəfə deyil. Yadımdadır ki, mən iran adlanan yerdə səfir olduğum zaman da Azərbaycanla bağlı müxtəlif xoşagəlməz hərəkətlər etmişdilər. Məsələn, məqalələrin birində yazmışdılar ki, Azərbaycan xalqı farsların nökəridir və onların haqqı bir tarakan qədər deyil. O zaman  xalqımızın tarakan adlandırılmasına cavab olaraq mən də farsları tarakan adlandırdım. Sonradan Azərbaycan xalqı da ayağa qalxdı və o təhqirə cavab verən adama qarşı müxtəlif addımlar atıldı, etirazlar oldu. İndi də Azərbaycan xalqının ayağa durması, mübarizə aparması, fəallıq göstərməsi hələ tam şəkildə deyil. Öz haqqını lazımi səviyyədə qorumur. iran adlanan yer isə Azərbaycan xalqına qarşı təhqirləri görür, bu münasibəti günü gündən artırır.

– Azərbaycan xalqına qarşı bu təhqirlər İran hakimiyyəti tərəfindən məqsədli şəkildə təşkil olunur?

– Buna şübhə yoxdur ki, iran adlanan yerin Azərbaycana münasibəti şüurlu şəkildədir. Hamısı qəsdən edilir. Çünki iran adlanan yer bu addımları atan panfarsistləri müdafiə edir, haqqını qoruyur, onların əli ilə Azərbaycana qarşı mövqeyini göstərir. Təsəvvür edin ki, ayın 9-dan başlayan bu hadisədə soydaşlarımıza çox təzyiqlər ediblər, 80-100 adam həbs edilib, barələrində cinayət işi açılıb və s. Digər qəzetlər, televiziyalar da bu məsələdə azərbaycanlılara qarşı bir kampaniya aparır və təhqiramiz şəkildə mövqe göstərirlər. Hətta dövlət televiziyasında Azərbaycan, Bakı haqqında hazırlanan süjetlərdə də təhqir elementlərinə yol verirlər. Mən iran adlanan yerin televiziyalarını izləyirəm, müxtəlif qəzetlərini oxuyuram. Təəssüf ki, bu işdə Azərbaycanda yaşayan bəzi insanlar, hətta bəzi rəsmi şəxslər də bu işdə onlara dəstək olurlar. Mən ad çəkmək istəmirəm, amma vurğulayıram ki, bu, yolverilməzdir. Anlamırlar ki, bu, sənin xalqındır, niyə ona qarşı mübarizə aparırsan? Bu, sadəcə düşmənçilikdir. iran adlanan yerdə isə bu cür adamlara hörmətlə, ehtiramla, xüsusi qayğı ilə yanaşırlar. Mən bu kimi hallara dözə bilmirəm. iran adlanan yerdə səfir olanda da dözə bilmirdim. iran adlanan yerin Azərbaycana qarşı bu siyasəti yolverilməzdir.

– Soydaşlarımız belə hallara mütəşəkkil qaydada etiraz edə bilirlərmi?

– Digər zamanlarda, xırda etirazlar istisna olmaqla, böyük etirazlar olmurdu. Amma son hadisədə azərbaycanlılar dözə bilməyərək öz haqları uğrunda küçələrə çıxdılar. Təbrizdə, Urmiyada, Zəncanda, Xoyda irimiqyaslı etiraz aksiyaları keçirərək, iran adlanan yerin panfarsizminə qarşı mübarizə apardılar. Bu dəfə nisbətən fəallıq göstərildi. Amma bu da lazımi səviyyədə deyil. Xalqımız panfarsist rejiminə qarşı haqq səsini daha yüksək səviyyədə qaldırmalıdır. Çünki bu rejim Azərbaycanın düşmənidir. Ancaq bütün hallarda, xalqın etirazlarının nəticəsi oldu və iran adlanan yerin dövlət televiziyasının rəhbəri Azərbaycan xalqından üzr istədi. Amma bu da qəbul edilən deyil. Hər zaman belə edirlər, təhqir edirlər, sonra da çıxıb bir nəfər üzr istəyir, bununla da məsələ qurtarır. Nəzərə almaq lazımdır ki, bunlar bilməyərəkdən edilmiş səhv deyil, qəsdən atılmış məqsədli addımdır. iran adlanan yerdə üzdə özünü elə göstərir ki, guya azərbaycanlılara qarşı başqa münasibət yoxdur, ancaq əslində, xalqın hüquqlarını nəinki qoruyurlar, əksinə, özləri tapdalayırlar.

– iran adlanan yerlə münasibətləri yaxşı olmayan dövlətlər var. Azərbaycanlıların etirazlarına başqa ölkələrdən dəstək verilirmi?

– Heç kim kömək etmir güneydəki azərbaycanlılara. Nəinki başqa ölkələr, heç türk respublikalarından, hətta Türkiyə, Azərbaycan onları lazımi səviyyədə müdafiə etmir. Onlar haqqını müdafiə edə bilməyən, yetim bir xalq vəziyyətindədirlər. Təsəvvür edin ki, orada olan soydaşlarımızın sayı 40 milyondur, amma bir dənə də ana dilində məktəbi yoxdur. Öz dilində kitabları, jurnalları, qəzetləri, televiziyaları yoxdur. Olanlar da sadəcə görüntü üçündür. Məsələn, Təbrizdə guya Azərbaycan televiziyası var, amma orada da əsasən fars dilində verilişlər gedir, hərdənbir Azərbaycan dilində nəsə verirlər. Guya Azərbaycan dilində çap olunan qəzet kimi təqdim edilən nəşrlərdə də məqalələr əsasən fars dilində olur, hər sayda bir nağıl, dastan, lətifə və s. də Azərbaycan dilində qoyurlar. Amma adı olur ki, Azərbaycan dilində qəzet çap olunur.

– Güneyli soydaşlarımız Azərbaycanla birləşmək istəyirlərmi?

– Əlbəttə. Onlar Quzey və Güney Azərbaycanın birləşməsini şox istəyirlər. iran adlanan yer təkcə soydaşlarımızın hüquqlarını tapdalamır, həm də orada olan ərazilərimizdəki təbii sərvətlərimizi talayır. Orada müxtəlif mis, dəmir və s. mədənlər var ki, iran adlanan yer bütün bunlardan istifadə edir, orada yaşayan Azərbaycan xalqına isə heç nə vermirlər. Ərdəbil, Urmiya, Xoy kimi şəhərlərdə əhalinin imkanı yoxdur. Çünki onlara lazımi şərait yaradılmır. Sərvətləri isə iran adlanan yer su qiymətinə yığıb aparır. Urmiya gölünün quruması ilə bağlı dəhşətli bir vəziyyət yaranıb. Zəlzələdə evlərini itirmiş soydaşlarımız üçün evlər tikilmədi. Halbuki Muğan sahəsində müxtəlif xalqları, o cümlədən erməniləri gətirib yerləşdirirlər, onlara ev tikirlər, şərait yaradırlar. Ermənistana neft, qaz xətləri çəkirlər, bunu da Güney Azərbaycandan aparırlar. Ümumiyyətlə, ermənilərlə müxtəlif körpüləri var. Güney Azərbaycanda  erməni kilsələri var. Azərbaycanlılara olan münasibət isə göz qabağındadır. Ancaq Azərbaycan xalqı öz haqqını görür, anlayır. Azərbaycan ziyalıları da gərək lazımi məqalələr, kitablar yazsın, maarifləndirmə işləri aparsın. Mən bu barədə 4 kitab və yüzlərlə məqalə yazmışam. İnanıram ki, Güney Azərbaycan məsələsi də həllini tapacaq. Bizim Yol/Rəşad VAQİFOĞLU

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016