Ev / Layihələr / İcra edilmiş layihələr / Güneyli ziyalılar Milli Məclisdə oldu

Güneyli ziyalılar Milli Məclisdə oldu

Image

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli ziyalı, Kanada Qələm Təşkilatının keçmiş sədri Rza Bərahani başda olmaqla ABŞ, Kanada, Almaniya, İngiltərə, İsveç və s. ölkələrdə yaşayan əslən Güney Azərbaycandan olan 12 tanınmış soydaşımız Bakıda səfərdədir. Oktyabrın 7-də qonaqlar Azərbaycan Respublikasının Milli Məclisində bir qrup deputatla görüşüb.

Görüşdə millət vəkilləri – tanınmış yazıçı Əkrəm Əylisli, Aqil Abbas, Fəzail İbrahimli, Cəmil Həsənli, BAXCP sədri Qüdrət Həsənquliyev, BQP sədri Fazil Qəzənfəroğlu, ADİP sədri Asim Mollazadə və başqaları iştirak edib. Qonaqları deputatlara DAK həmsədri Sabir Rüstəmxanlı onların yaşadıqları ölkələrdəki fəaliyyətləri və Azərbaycana səfərlərinin məqsədi barədə ətraflı məlumat verib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsi, Güney Azərbaycan problemi, İran adlanan yerdə insan haqlarının pozulması, Güney Azərbaycanın istiqlala qovuşmasının vacibliyi, Azərbaycanın bütövlüyü, yaxın gələcəkdə görüləcək işlər və s. məsələlər müzakirə olunub. Güneyli ziyalılar deputatlarımızdan Azərbaycan həqiqətlərini, Güney Azərbaycandakı acınacaqlı durumu, İran adlanan yerdə insan haqlarının pozulması məsələsini Milli Məclisin, xarici ölkələrin parlamentlərinini, beynəlxalq təşkilatların tribunasından dünyaya çatdırılmasında onlara yardımçı olmağı xahiş ediblər.

Image

Image

Image

Image

Image

Həmçinin bax!

DAK həmsədri Sabir Rüstəmxanlının dəvətilə Azərbaycanda səfərdə olan dünya şöhrətli ziyalı Rza Bərahani gənc yazarlarla görüşdü

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli ziyalı, ...

Kommentera