Ev / Layihələr / İcra edilmiş layihələr / Güneyli ziyalılar AMEA-da olub

Güneyli ziyalılar AMEA-da olub

Image

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli ziyalı, Kanada Qələm Təşkilatının keçmiş sədri Rza Bərahani başda olmaqla ABŞ, Kanada, Almaniya, İngiltərə, İsveç və s. ölkələrdə yaşayan əslən Güney Azərbaycandan olan 12 tanınmış soydaşımız Bakıda səfərdədir. Oktyabrın 6-da onlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında qurumun I vitse-prezidenti, akademik Arif Həşimovla görüşüblər.

Oktyabrın 6-da onlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında qurumun I vitse-prezidenti, akademik Arif Həşimovla görüşüblər. Qonaqları AMEA-nın I vitse-prezidentinə təqdim edən DAK Daimi Şurasının sədri Əjdər Tağızadə onların yaşadıqları ölkələrdəki fəaliyyətləri və Azərbaycana səfərlərinin məqsədi barədə ətraflı məlumat verib.
öz növbəsində akademik Arif Həşimov qonaqları salamlayaraq, onların Azərbaycan gəlişindən məmnun olduqlarını bildirib. O, xaricdə yaşayan azərbaycanlı ziyalılarla AMEA-nın əlaqələrinin daha da güclənməsinin vacibliyini söyləyərək, qonaqları akademiya ilə sıx əməkdaşlığa dəvət edib. Eyni zamanda AMEA-nın I vitse-prezidenti Azərbaycan ədəbiyyat xadimlərinin xaricdə yaşayan və fəaliyyət göstərən soydaşlarımızın təcrübəsindən yararlanması üçün Bakıda birgə elmi-konfranslar keçirilməsinin zəruri olduğunu vurğulayıb.

Həmçinin bax!

DAK həmsədri Sabir Rüstəmxanlının dəvətilə Azərbaycanda səfərdə olan dünya şöhrətli ziyalı Rza Bərahani gənc yazarlarla görüşdü

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli ziyalı, ...

Kommentera