Ev / Xəbərlər / Güney Azərbaycan / Güneyli Türk dil haqları müdafiəçisi həbs edilib

Güneyli Türk dil haqları müdafiəçisi həbs edilib

Nasir Əbdülhüseynzadə ötən il ana dili günü ərəfəsində mühakimə edilmişdi. Azərbaycanının güneyinin Muğan bölgəsindən olan Türk dil haqları müdafiəçisi Nasir Əbdülhüseynzadənin ötən günlərdə iran adlanan yerin polisi tərəfindən həbs edilərək zindana göndərildiyi bildirilir.
www.D-A-K.org –un “Amerikanın Səsi”nə istinadən yaydığı məlumatına görə, güneyli fəal keçən ilin fevralında Dünya Ana Dili Günü ərəfəsində nəzarətə alınaraq təxminən bir ay Ərdəbil şəhərində iran adlanan yerin Ettelaat həbsxanasında sorğu-suala çəkildilkdən sonra müvəqqəti azadlığa buraxılmışdı.
İnsan haqları qruplarının yaydığı məlumata görə, İnqilab Məhkəməsi tərəfindən “rejimə qarşı təbliğat aparmaq” ittihamı ilə 6 il həbsə məhkum olunmuş fəal həbs müddətini tamamlamaq üçün həbs edilib. iran adlanana yerdə insan haqları pozuntuları haqqında xəbər yayan HRA agentliyinə istinadən, Təbrizdə hərbi xidmətini keçirən Nasir Əbdülhüseynzadə həmin şəhərdə həbs edilərək doğma şəhəri Parsabada, oradan isə Xiyav zindanına göndərilib.
2013 Ana Dili Günü ərəfəsində Əbdülhüseynzadə ilə bərabər digər güneyli fəal Səid Hüseyni də həbs edilmişdi. Hüseyni həbs cəzasının bir hissəsini çəkdikdən sonra keçən həftələrdə şərtli olaraq azadlığa buraxılıb.
Azərbaycanın güneyində insan haqları pozuntuları ilə bağlı məlumat yayan Oyan News yazır ki, Hüseyni və Əbdülhüseynzadə iran adlanan yerdə Türk dilində təhsilin qadağa olmasına etiraz etdikləri üçün əvvəllər də təqib və basqı ilə üzləşib, tələbə olduqları zaman universitet məsulları tərəfindən iki semestr təhsildən uzaqlaşdırılıblar.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera