Ev / Xəbərlər / Siyasi xəbərlər / Güney Azərbaycanda yoxsulların evlərini başlarına uçururlar

Güney Azərbaycanda yoxsulların evlərini başlarına uçururlar

Nəticədə Fəthabad məhəlləsində yaşlılar, xəstələr və uşaqlar əlacsızlıqdan evlərinin xarabalığında yaşamaq məcburiyyətində qalıb

Image Güney Azərbaycanda həmişə ziyalılar tərəqqi və inkişafa meylli olublar. Bu səbəbdən Güney Azərbaycanın başkəndi Təbriz şəhəri İran adlanan yerdə öncüllər şəhəri kimi şöhrət tapıb. Məsələn, ilk dəfə çapxana, kitabxana, kino zalı, məktəb və s. məhz burada yaradılıb. Amma təqribən 84 il ərzində İran adlanan yerdə hakim olan fars şovinist rejimi Güney Azərbaycanı çox faciəli duruma salıb.

Belə ki, başkənd Təbriz keçmişdə öncüllər sırasındaydısa, hazırda gerilikdə birincidir. Məsələn, işsizlik, yoxsulluq, boşanma, atmosferin çirklənməsi, ekoloji problem və s. Təbrizi az qala çökdürüb. Xüsusilə son zamanlarda Təbrizdə yoxsul məhəllələrin sayı həddən artıq artıb. Məlumata görə, Təbrizin kənarında yerləşən yoxsul məhəllələrdə 400 min insan çox faciəli durumda yaşayır və bu səbəbdən şəhər İran adlanan yerdə birinci sayılır. Fars şovinist rejiminin yüksək vəzifəli məmurları bu problemə çıxış yolu tapacaqlarını dəfələrlə söz veriblər. Hətta prezident Mahmud Əhmədinejad Təbrizə son səfəri zamanı nitqini yoxsulların yaxşı gələcəyi vədi üzərində qurmuşdu. Nəhayət, bu vədlərə necə əməl olunması hamıya məlum oldu. Təbrizin meri şəhərin yoxsul məhəllələrində yaşayanları ”əzazil, qanqster və suyu israf edənlər” adlandırıb, polis nəzarəti altında onların evlərini başlarına uçurmağa başlayıb. Bu il mayın 19-da şəhər meri 35 milyon tümən polisin hesabına köçürməklə onların yardımından istifadə edərək, buldozerlərlə Təbrizin Fəthabad məhəlləsində yaşayan soydaşlarımızın evlərini uçurub. Hazırda yaşlılar, xəstələr və uşaqlar əlacsızlıqdan evlərinin xarabalığında yaşamaq məcburiyyətində qalıb. Şəhər meri isə bu işi davam etdirmək, yəni digər məhəllələri də alt-üst etmək fikrindədir. / Azadtribun /

Həmçinin bax!

iran adlanan yerdə Azərbaycanlı Türklər rusiya əleyhinə aksiyaya hazırlaşır

Etiraz aksiyasının bu gün baş tutacağı gözlənilir. Azərbaycanın Cənubunun – Güneyinin mənbələrinin yaydığı məlumata görə, ...

Kommentera