Ev / Xəbərlər / Güney Azərbaycan / Güney Azərbaycanda Məhəmməd Əmin Rəsulzadə ilə bağlı kitabça yayılıb

Güney Azərbaycanda Məhəmməd Əmin Rəsulzadə ilə bağlı kitabça yayılıb

Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130-cu ildönümü münasibətilə Ərdəbildə və Güney Azərbaycanın digər şəhərlərində kitabça yayılıb. www.D-A-K.org –un “Mediaforum”a istinadən yaydığı məlumata görə, Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan Ərdəbil fəallarının əski əlifbada (ərəb əlifbasında) çap edib yaydığı kitabçada Rəsulzadənin qısa tərcümeyi-halı verilir, onun siyasi həyatından bəhs edilir və Azərbaycan Demokratik Respublikasının süqutundan sonrakı taleyindən danışılır. Ərdəbildə, Şərqi Azərbaycan əyalətində və Güney Azərbaycanın digər şəhərlərində geniş yayılan “Məhəmməd Əmin Rəsulzadənin siyasi həyatı” adlı kitabça milli fəalların böyük rəğbəti ilə qarşılanıb.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera