Ev / Xəbərlər / Mədəniyyət / Gənc yazıçı Ənvər Yavəroğlunun “Dostluğun Romanı” kitabının təqdimatı keçirilib

Gənc yazıçı Ənvər Yavəroğlunun “Dostluğun Romanı” kitabının təqdimatı keçirilib

Image İyunun 5-də Bakıda ”Exelsior” otelində gənc yazıçı Ənvər Yavəroğlunun ”Dostluğun Romanı” adlı kitabının təqdimatı keçirilib. www.D-A-K.org -un Lent.az-a istinadən yaydığı məlumata görə, tədbirdə rejissor Aqil M. Quliyev, tanınmış tərcüməçi Akif Qəhrəmanlı, şair Hidayət Musabəyli, yazıçılar Rüsvat Bayramov, Qəşəm İlqar da iştirak edib.

Gənc yazıçı yaradıcılıq sahəsində iddialı olduğunu bildirib. Ən qəribəsi odur ki, biz ona ”yazıçı” deyə müraciət edərkən bizə gülümsünərək, belə bir cavab verdi: ”Mən Qədim Azərbaycan və qədim Türk ənənələrinə sığınıram. Hamımız Dədə Qorqud dastanlarını oxumuşuq və bilirik. Yadımızdadırsa, orda yetkinlik yaşına çatmış igidlər müxtəlif igidliklər göstərdikdən sonra ağsaqqallar tərəfindən ad alırlar və isim sahibi olurdular. Mən də bu kitabımı oxuyucularımın, əsasən də böyüklərimizin ixtiyarına buraxıram. İnşallah, onların müsbət təəssüratlarından sonra mən ”yazıçı” adına layiq görülərəm və özümü yazıçı kimi qələmə verərəm”. Gənc yazıçı bildirdi ki, hazırda ikinci kitabı üzərində çalışır. Bununla bərabər, yazıçı Aqil M. Quliyevlə birlikdə qısa metrajlı bir film üzərində işləyir.

Həmçinin bax!

kelagayi

UNESCO Azərbaycan kəlağayısını qeyri-maddi mədəni irs siyahısına daxil edib

İpək sapdan toxunmuş dördkünc formalı ənənəvi qadın baş örtüyü olan kəlağayı və onun simvolu UNESCO-nun ...

Kommentera