Ev / Xəbərlər / Siyasi xəbərlər / Şeyx Səfiəddin məqbərəsi YUNESKO-nun “Mədəni İrs” siyahısına salınmadı

Şeyx Səfiəddin məqbərəsi YUNESKO-nun “Mədəni İrs” siyahısına salınmadı

ImageGüney Azərbaycanın Ərdəbil şəhərindəki milyonlarla kvadratkilometr əraziyə sahib Azərbaycan Səfəvi dövlətinin qurucusu, görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin əcdadı Şeyx Səfiəddininin uyuduğu məqbərə YUNESKO-nun ”Mədəni İrs” siyahısına salınmadı. www.D-A-K.org -un Güney Azərbaycan Tələbə Hərəkatına bağlı www.oyrenci.com xəbər saytına istinadən yaydığı məlumata görə, İran adlanan yerin Mədəni Abidələri Qoruma Təşkilatı Azərbaycan türklərinə məxsus tarixi abidənin belə bir qurumda qeydə alınmasında maraqlı deyildi. Ona görə də rəsmi işlər gecikdirilib və sənədlər vaxtında YUNESKO-ya təqdim olunmayıb. Bunun əvəzinə Yəzd şəhərindəki tarixi binanın sənədləri verilib. Qeyd edək ki, Təbriz şəhərinin tarixi bazarı da YUNESKO-ya təqdim olunmayıb. ümumiyyətlə, İran adlanan yerdəki mövcud fars şovinist rejimi Güney Azərbaycan abidələrinin YUNESKO-nun ”Mədəni İrs” siyahısına salınmasında maraqlı deyil.

Həmçinin bax!

iran adlanan yerdə Azərbaycanlı Türklər rusiya əleyhinə aksiyaya hazırlaşır

Etiraz aksiyasının bu gün baş tutacağı gözlənilir. Azərbaycanın Cənubunun – Güneyinin mənbələrinin yaydığı məlumata görə, ...

Kommentera