Ev / Xəbərlər / Diaspora / Ermənistanın Fransadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Ermənistanın Fransadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Noyabrın 12-də Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə Ermənistanın Fransadakı səfirliyi qarşısında Azərbaycan və türk diaspor təşkilatlarının birgə etiraz aksiyası keçirilib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən www.D-A-K.org –a daxil olan məlumata görə, etiraz aksiyasında təxminən 1500-ə yaxın azərbaycanlı və türk iştirak edib. Aksiyanın məqsədi Azərbaycan torpaqlarının işğalında fəal şəkildə iştirak etmiş, Xocalı soyqırımının təşkilatçılarından olan Ermənistan prezidenti Serj Sarkisyanın Fransaya səfərinə Azərbaycan diasporunun etirazını çatdırmaq olub. Aksiyada “Qarabağ bizimdir bizim olacaq”! “Yelisey Sarkisyanı Xocalı qatili elan etməkdən imtina edir!”, “Fransa, öz gucünü BMT qətnamələrinin yerinə yetirilməsinə və  Azərbaycana qarşı erməni təcavüzünü dayandırmağa yönəlt!”, “Bir milyon azərbaycanlı qaçqınının hüqularını tapdayan cinayətkar Sarkisyan!”, “Nanəcib qatil Sarkisyan, Xocalıda  günahsız 613 azərbaycanlını öldürdüyünə görə cavab ver!”, “Qatil  Sarkisyan,  sənin yerin  Haaqa Tribunalıdır” və digər şüarlar səsləndirilib. Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayan aksiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olan azərbaycanlı şəhidlərin xatirəsi yad edilib. Aksiya iştirakçıları Ermənistanın işğalçılıq siyasətinin regionda sülhə və təhlükəsizliyə təhdid olduğunu, dünya birliyinin münaqişəyə ədalətli qiymət verməsini tələb edən şüarlar səsləndiriblər. Aksiyada “Koroğlu” uvertürası və qədim Azərbaycan xalq mahnısı olan “Sarı gəlin” musiqisinin sədaları altında çıxış edən Azərbaycan diasporunun fəalları, tanınmış ictimai xadimlər Ermənistanın təcavüzkar siyasətinə öz etirazlarını bildiriblər. Fransa Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva, Milli Məclisin deputatı Rəfael Hüseynov, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer-İsmayılova, Köln Türk Universitetləri Təşkilatının sədri Ləvənt Daşqıran, Hollandiya-Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşqın, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və digərləri beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə baxmayaraq Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal altında saxlanılmasının beynəlxalq hüquqa etinasızlığının təzahürü kimi qiymətləndiriblər. Çıxış edənlər Xocalı soyqırımı kimi dəhşətli bir cinayətin ssenari müəlliflərindən olan Sarkisyanın ədalət məhkəməsi qarşısında cavab verməli olduğunu vurğulayıblar. Aksiyada Avropada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları, o cümlədən Avropa Azərbaycanlıları Konqresi, Fransa Azərbaycan Evi, Azərbaycan Fransız Gənclik Assosiasiyası, İsveçrə Azərbaycanın Dostları Dərnəyi, İspaniya Azərbaycanlıları Cəmiyyəti, Köln Türk Universitetləri Təşkilatı, Fransa Azərbaycanın Dostları Təşkilatı, Belçika Azərbaycanlıları Assosiasiyası, Hollandiya-Azərbaycan-Türk Kültür dərnəyi, Dünya Azərbaycanlıları Konqresi, Köln Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyi, Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Belçika Dostluq Cəmiyyəti, Almaniya Türk Federasyonu, Fransa Türk Tələbələr Birliyi, Köln Türk Federasiyası, Strasburq Azərbaycan Tələbələr Birliyi və digər təşkilatlar iştirak edib. Aksiyanın sonunda qəbul edilmiş bəyanatın mətni oxunub. Bəyanat Ermənistan səfirliyinə təqdim olunub.

Həmçinin bax!

reinfeldtderaxtiobama

Barak Obama Siyavuş Deraxti ilə görüşdü

Barak Obama Isveç səfərində, Azərbaycanın güneyindən olan gənc, Siyavuş Deraxti ilə görüşdü.

Kommentera