Ev / Xəbərlər / DAK təşkilati xəbərlər / Eldar Qaradağlı: “Hörmətli DAK İdarə Heyətinə”

Eldar Qaradağlı: “Hörmətli DAK İdarə Heyətinə”

Yazını olduğu kimi paylaşırıq – DAK Mətbuat Xidməti

Dəyərli dostlar, bildiyiniz kimi 2015-03-12 tarixində İH-nin paltalk toplantısı olacaq idi. Ancaq Avrupadan üç nəfər və Bakıdan bir nəfərdən başqa toplantıya qatılan olmadı. Bu üzdən, DAK -İH-nin üç Avrupa üzvü aşağıdaki qərarlarını sizə açıqlamaq istəyir:
1-      18-19 apreldə alınan İstanbul qurultayı qərarına yenidən baxılmasını xahiş edirik. Bunun isə səbəbi son illərdən Fars Rejiminin artan casusluq  fəaliyyətləri və bu fəaliyyətlərin mərkəzinin İstanbula keçirilməsidir.
2-      İstanbul yerinə Avrupanın kültür mərkəzi sayılan İsveçin Yöteburq (Göteborg) şəhəri önərilir. Önərimiz qəbul olunarsa, qurultayın ilk günü salonda, ilkinci günü isə dünyanın ən gözəl adalarından biri sayılan şəhərin bir saatlığında yerləşən turistik bir ada,da olabilər. Habelə, üçüncü gündə isə yeni İH-tinin parlament görüşü nəzərə alınabilər. Bu görüşü təşkil etmək üçün Stockholm,da olan dostlardan yardım ala bilərik.
3-      DAK-in qurultay büdcəsi ilk öncə salona, hotelə və İdarə Heyətinin üzvlərinin ehtiyacına xərc olmalıdır. Artıq para qalarsa sadalanmış məsrəflərdən sonra başqalarına xərclənməlidir.

4-      Qurultayın Avrupada keçirilməsilə Avrupadan gələnlər üçün sadəcə hotel sponsorluğu yetərli olacaqdır. Bu isə, büdcənin daha ekonomik dağıtımına nədən olabilər.

5-      Son illərdə Bakı xaricində DAK yox səviyəsindədir. DAK-ın yenidən canlanması üçün yeni yol xəritəsi gərəkir. Sözsüz ki, bu yolda Avrupa fəallarının böyük rolu olabilər.
6-      DAK Qurultayının Türkiyədə keçirilməsi başlı-başına bir ehtiyatsızlıqdır. Yuxarıda da sadalanmış kimi, İstanbulda fars rejiminin əli çox açıqdır. Bu şəhərdə rejimin “gənc aktivlər” adına DAK İH-nin içinə sızdırma casus təhlükəsi gözdən qaçınmamalıdır. Bundan ötürü, İstanbulda olması düşünülən qurultayın İH-nin oluşumunu  diqqətlə izləmk gərəkir.
Bəri başda DAK Qurultayının uğurlı keçməsini ümid edirik.
DAK Həmsədri Fridun Pərviznia,
DAK İdarə Heyətinin üzvü Rəhmət Rafat.
DAK Avrupa Təmsilçisi Eldar Qaradağlı.

Həmçinin bax!

“Qaynar Qazan”da Əjdər Tağızadə (I hissə): “Əbülfəz Elçibəydən soruşdum ki…”

Əjdər Tağızadə: “Azərbaycan 200 ildir parçalanıb” Əjdər Tağızadə ilə “iran adlanan yer”dən danışdıq – öz ...

Kommentera