Ev / Okategoriserade / Eldar Qaradağlı tənzilə-sabir cütlüyü DAK-ından istefa verdi

Eldar Qaradağlı tənzilə-sabir cütlüyü DAK-ından istefa verdi

O, istefa ərizəsini Sabir Rüstəmxanlının fəaliyyətinə etiraz əlaməti olaraq yazıb. Bir neçə gün bundan əvvəl Dünya Azərbaycanlıları Konqresinin (DAK) Brüsseldə keçirilən birləşdirici qurultayı özü ilə birlikdə bəzi problemlər də gətirib. Qurultayın nəticələrini qəbul etməyənlərlə birlikdə, yenə müəyyən maraqlı bir qrupun bir yerə toplaşdığını, birləşdirmək adı altında əslində yeni qruplaşmaların meydana gətirildiyini deyənlər də var. DAK-ın Avropadakı qurultayının nəticələri haqqında ətraflı məlumat ala bilməsək də, redaksiyamıza maraqlı bir informasiya daxil oldu. Xural.com əməkdaşlarının əldə etdiyi məlumata görə DAK-ın Sabir Rüstəmxanlı qanadının Avropa nümayəndəliyinin rəhbəri və DAK İdarə Heyətinin üzvü Eldar Qaradağlı qurumdan istefa verib. Eldar Qaradağlı istefa ərizəsini Sabir Rüstəmxanlının adına yazıb və Bakıya göndərib. O, Sabir Rüstəmxanlının DAK-ı şəxsi maraqlarına tabe etdirdiyini irəli sürüb, DAK sədrliyində iki dəfədən artıq qalmanın qurumun quruluş fəlsəfəsinə ziddiyyət təşkil etdiyini bildirib və DAK adlı quruma Şimali Azərbaycandan olan soydaşımızın rəhbərlik etməsinin doğru olmadığını bildirib. E.Qaradağlı DAK-dakı həmsədrlik institutunun da doğru olmadığını bildirib və bunun yaradılmasında da S.Rüstəmxanlını günahkar bilib. O, özü ilə bərabər digər soydaşlarına da DAK-ı tərk etmək çağırışı edib./Xural.com

Həmçinin bax!

camecem

Fars mətbuatından Azərbaycana qarşı növbəti hörmətsizlik

İran adlanan yerin “Cəm-e Cəm” qəzeti Avropa Çempionlar Liqası yarımfinal mərhələsi çərçivəsində keçirilən “Atletiko” – ...