Ev / Xəbərlər / Güney Azərbaycan / Daryuş Əndəlibian ETTELAAT-a çağırılıb

Daryuş Əndəlibian ETTELAAT-a çağırılıb

Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan fəal Daryuş Əndəlibian ETTELAAT-a çağırılıb. www.D-A-K.org –a daxil olan məlumata görə, ETTELAAT-ın Qoşaça (Miyandab) şöbəsindən qoşaçaylı fəal Daryuş Əndəlibiyanın evinə zəng vuraraq ondan apardığı fəaliyyətlərlə bağlı ifadə vermək üçün noyabrın 10-da ETTELAAT idarəsinə gəlməsini istəyiblər. ETTELAAT idarəsi azərbaycanlı fəalı təhdid edərək bildirib ki, əgər o ifadə vermək üçün şöbəyə gəlməkdən imtina etsə, onu tutacaqlar. Daryuş Əndəlibian və ailə üzvləri son bir həftə ərzində iki dəfə ETTELAAT-ın təzyiq və təhdidinə məruz qalıb.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera