Ev / İnformasiya / Mətbuat konfransları / DAK Xocalı soyqırımının 17-ci ildönümüylə əlaqədar müxtəlif ölkələrdə keçirdiyi kütləvi tədbirlərlə əlaqədar mətbuat konfransı keçirdi

DAK Xocalı soyqırımının 17-ci ildönümüylə əlaqədar müxtəlif ölkələrdə keçirdiyi kütləvi tədbirlərlə əlaqədar mətbuat konfransı keçirdi

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə: ”Milli Məclis başda olmaqla digər türk cümhuriyyətləri Xocalı faciəsini soyqırım kimi tanıyıb dünyaya bəyan etməlidirlər”

”Tehran, Təbriz, Həmədan və s. şəhərlərdə Xocalı soyqırımı gizlicə anılıb”

Image

Martın 6-da, saat 12.00-da Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbərliyi təşkilatın Xocalı soyqırımının 17-ci ildönümüylə əlaqədar müxtəlif ölkələrdə – Azərbaycan, Türkiyə, Quzey Kıbrıs Türk Cümhuriyyəti, Rusiya, Belçika, çin, Avstraliya və s keçirdiyi kütləvi tədbirlərlə əlaqədar mətbuat konfransı keçirdi. Tədbiri DAK Nəzarət-Təftiş Komissiyasının sədri, ”Yeni çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər açaraq bildirdi ki, fevralın 25-28-də Dünya Azərbaycanlıları Konqresi (DAK), Tələt Paşa Komitəsi və ”Yeni çağ” qəzetinin təşəbbüsü və təşkilatçılığıyla Türkiyənin İstanbul şəhərində ”17-ci ilində Xocalını unutma!” kampaniyası çərçivəsində müxtəlif tədbirlər həyata keçirilib:

”Bu tədbirlərdə DAK-ı konqresin Məşvərət Məclisinin sədr müavini Əli İsa Hacı və mən təmsil etmişəm. Məhz həmin mərasimlər Əli İsa Hacının təşəbbüsü və maddi dəstəyilə həyata keçirilib. Belə ki, fevralın 25-də Xocalı soyqırımını qardaş Türkiyə ictimaiyyətinin diqqətinə çatdırmaq üçün Türkiyənin nüfuzlu ”TV NET” telekanalının axşam xəbərlərinin qonağı olmuşam. Fevralın 26-da isə DAK, Tələt Paşa Komitəsi və ”Yeni çağ” qəzetinin təşəbbüsü və təşkilatçılığıyla ”17-ci ilində Xocalını unutma!” kampaniyası çərçivəsində Atilla İlhan Kültür Mərkəzində konfrans düzənlənib. Həmin gün ”Məltəm” TV-nin qonağı olmuşam. Daha sonra ”Ulusal Kanal”ın ən çox izlənən proqramlarından olan ”Haber Masası”nda Xocalı soyqırımının 17-ci ildönümüylə əlaqədar çıxış etmişəm. Ertəsi gün həmin kanalın ”Nələr oluyor” proqramının qonağı olmuşam. Fevralın 28-də isə DAK və Tələt Paşa Komitəsinin təşəbbüsü və təşkilatçılığıyla İstanbulun Kadıköy bölgəsində yerləşən Bahariyyə Sənət Mərkəzində ”17-ci ilində Xocalını unutma!” kampaniyası çərçivəsində daha bir konfrans keçirilib. ”Türk Kızılay”ının İstanbul nümayəndəliyi, Türk-Azərbaycan Dostluq, Kültür və Dayanışma Dərnəyinin başqanı Salih Bayraktar, baş katib Rasim Niftəliyev, Tələt Paşa Komitəsinin rəhbərləridən Hüseyn Erikli, ”önce Vatan” gündəlik siyasi qəzetinin xəbər müdiri M.Kamal Sallı, İstanbul F.Trafik Müfəttişləri Dərnəyinin rəhbərliyi olmaqla Türkiyədə fəaliyyət göstərən əksər diaspora təşkilatlarının və ictimai-siyasi təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulu Səyyad Aran baş məruzəçi olub. Konfransın sonunda Heydər Əliyev Fondunun Xocalı soyqırımıyla bağlı hazırladığı sənədli film nümayiş etdirilib”. Onun sözlərinə görə, fevralın 26-da Dünya Azərbaycanlıları Konqresi (DAK) və Azər-Türk Qadınlar Birliyinin təşəbbüsü və təşkilatçılığıyla dünya tarixinin son dönəmində yaşanan ən böyük faciələrindən sayılan Xocalı soyqırımının 17-ci ildönümüylə əlaqədar Belçikanın paytaxtı Brüssel şəhərində ”Xocalını unutma, unutdurma!” şüarıyla yürüş-mitinq keçirilib. Avropa vaxtıyla saat 13.00-da başlayan aksiya Ermənistanın Belçikadakı səfirliyinin və Rue Monteyerin yanındakı ”Square de Meeus” meydanından başlayıb və Avropa Birliyinin iqamətgahı qarşısındakı ”Plase Schunman” meydanında mitinqlə başa çatıb. Yürüş-mitinqdə Avropada fəaliyyət göstərən Türkiyə və Azərbaycanın diaspor təşkilatları da iştirak ediblər.
DAK Daimi Şurasının sədri Əjdər Tağızadə qeyd etdi ki, fevralın 20-də Avstraliyanın Sidney şəhərində Xocalı soyqırımının 17-ci ildönümüylə əlaqədar anım mərasimi keçirilib. Tədbir Avstraliya Azərbaycan Türk Dostluq Dərnəyi, Avstraliya Azərbaycan Cəmiyyəti və ”Azərbaycanın Səsi” radiosunun təşəbbüsü və təşkilatçılığıyla təşkil olunub. Sidney şəhərindəki Türk Dayanışma Dərnəyində düzənlənmiş tədbirə DAK-ın Avstraliya nümayəndəliyinin rəhbəri Əhməd Qeybi, DAK həmsədrlərinin qitə dövlətindəki türk toplumlarıyla əlaqələndirmə üzrə müşaviri İmaməddin Qasımov, 16 ildir Avstraliyada fasilə vermədən fəaliyyət göstərən ”Azərbaycanın Səsi” radiosunun aparıcısı Gülzar Qasımova, həmçinin uzaq ölkədə yaşayan Azərbaycan, Türkiyə, Kərkük, Doğu Türküstan və digər türk toplumlarının təmsilçiləri, Avstraliyada təhsil alan azərbaycanlı tələbələr, hökumət nümayəndələri, millət vəkilləri, jurnalistlər qatılıblar. Sidney Avstraliya Türk Kültür Ocağının başqanı Osman özən ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş soydaşlarımızın ruhuna ”Yasin” oxuyub və iştirakçılarla birlikdə dualar edib. Anım mərasiminə qatılan qonaqlar ermənilərin törətdiyi qətliamı anladan rəsimlərə baxdıqdan sonra Azərbaycandan gələn broşürlərdən də özlərinə götürərək tədbiri tərk ediblər. Onun sözlərinə görə, ilk dəfə xarici ölkələrdə Xocalı soyqırımıyla bağlı tədbiri onlar keçirib. Hətta İsveçdə faciənin şəkillərini nümayiş etdirəndən sonra ermənilər onları öz şəhidləri kimi qələmə vermişdilər. Ancaq indi Azərbaycan dövləti, diaspor təşkilatları Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün fəallaşıblar: ”Biz xarici ölkələrdə səfərdə olarkən Azərbaycan həqiqlərini həmin cəmiyyətlərə çatdırmağa çalışırıq. DAK olaraq biz həmişə bu məsələni gündəmdə saxlamışıq. Milli Məclis başda olmaqla digər türk cümhuriyyətləri Xocalı faciəsini soyqırım kimi tanıyıb dünyaya bəyan etməlidirlər”. Əjdər Tağızadə vurğuladı ki, Güney Azərbaycanda vəziyyət hazırda çox ağırdır. Son aylarda oradakı soydaşlarımızla əlaqə saxlamaq da çətinləşib. Bu gün 35 milyon insan zülm altında inləyir. Ancaq bütün bunlara baxmayaraq, Tehran, Təbriz, Həmədan və s. şəhərərdə Xocalı soyqırımı gizlicə anılıb. Hər halda Güney Azərbaycan probleminin Quzeydə kölgə altına salınması çox təəssüf doğurur. DAK Daimi Şurasının sədri bildirdi ki, martın sonunda ermənilərin türkləri soyqırıma məruz qoymasıyla bağlı Türkiyə Böyük Millət Məclisində (TBMM) dinləmələr planlaşdırılmışdı. Ancaq qardaş ölkədə bələdiyyə seçkiləri bu niyyətin gerçəkləşməsinə imkan vermədi. Ancaq bununla belə, martın sonunda DAK həmsədri Sabir Rüstəmxanlının dəvətini qəbul edən Belçika rəsmiləri, senatorları Bakıya gələcəklər. Eyni zamanda yaxın vaxtlarda Gürcüstana səfər olacaq. Bundan əlavə, Axısxa türklərilə görüş nəzərdə tutulub. Həmçinin DAK mayda Türkiyənin çanaqqala, Ankara və ABŞ-ın Nyu-York şəhərində keçiriləcək tədbirlərdə iştirak edəcək. YUNESKO-da görüş və Kanadada tədbirlərin keçirilməsi də planlaşdırılır.
DAK İdarə Heyətinin üzvü Səftər Rəhimli qeyd etdi ki, fevralın 19-da Gəncliyə Yardım Fondunun konfrans zalında Dünya Azərbaycanlıları Konqresi (DAK), Beynəlxalq Diaspora Mərkəzi (BDM), və ”Xocalı Soyqırımını Tanıtım” İctimai Birliyinin birgə təşkilatçılığıyla Xocalı faciəsinin 17-ci ildönümü ilə əlaqədar ”Xocalı faciəsini dünyaya tanıdaq” adlı ”dəyirmi masa” keçirilib. Tədbirdə DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri, DAK İdarə Heyətinin üzvü İsmayıl Ağayev, DAK İdarə Heyətinin üzvü, akademik Vaqif Arzumanlı iştirak ediblər. Konfransda ”Xocalı Soyqırımını Tanıtım” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Milli QHT Forumun prezidenti Rauf Zeyni, QAT sədri Akif Nağı, akademik Vəli Əliyev, yazıçı-dramaturq Aygün Həsənoğlu, ziyalılar, ictimaiyyət nümayəndələri çıxış edərək bütün dünya ictimaiyyətinin diqqətini Xocalı soyqırımına yönəltmək üçün bundan sonra da israrlı işlər, təsirli tədbirlər görülməli olduğunu söyləyiblər. Dünya Azərbaycanlıları Konqresi (DAK), Beynəlxalq Diaspora Mərkəzi (BDM) və ”Xocalı Soyqırımını Tanıtım” İctimai Birliyi adından dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət qəbul olunub. Onun sözlərinə görə, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq üçün bu cür tədbirlərin keçirilməsi müsbət haldır. Ancaq Azərbaycan diasporunu təşkil edən və fərqli düşüncəyə sahib insanlar arasında təbliğatın gücləndirilməsi vacibdir. Bununla da soydaşlarımız vahid mövqe nümayiş etdirərlər.
DAK Gənclər Təşkilatının sədri samir Turan vurğuladı ki, fevralın 24-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) Gənclər Təşkilatı Xəzər Universitetinin rəhbərliyilə birlikdə ali təhsil müəssisəsinin konfrans zalında Xocalı soyqırımının 17-ci ildönümüylə əlaqədar anma mərasimi keçirib. Tədbirdə Xəzər Universiteti tələbələri faciəyə həsr olunmuş ”Xocalı qisasa çağırır bizi!” tamaşasını nümayiş etdiriblər. Mərasimin təşkilində DAK GT-nin Xəzər Universiteti üzrə təmsilçisi Fərid Atabəylinin böyük əməyi olub. Fevralın 25-də isə Əmək və Sosial Münasibətlər Akademiyasının konfrans zalında DAK Gənclər Təşkilatı, ”Yeni Nəfəs” Gənclər Hərəkatı və ali təhsil müəssisəsinin birgə təşkilatçılığıyla Xocalı soyqırımı anılıb. Tədbirdə tarixçi alim Atamoğlan Məmmədovun ”Gəlmələr” kitabının təqdimatı olub. Azərbaycan və ingilis dillərindəki kitabda ermənilərin öz mənbələrinə əsasən özlərinin ifşa etməsi və ermənilərin bu torpaqlara gəlmə olduqları tarixi faktlarla sübut olunub. Fevralın 26-da Nərimanov rayonu 45 saylı orta məktəbdə DAK Gənclər Təşkilatının Azərbaycan Dövlət Dillər Universitetindəki (ADDU) təmsilçiləri (həmin məktəbdə təcrübəçidirlər) və məktəb rəhbərliyinin təşkilatçılığıyla Xocalı soyqırımının 17-ci ildönümüylə əlaqədar anma mərasimi keçirilib. Tədbirdə ADDU-nun pedaqoji təcrübə rəhbəri Bəxtiyar Həmzəyev, 45 saylı orta məktəbin direktoru Nazilə Məmmədova, 328-ci qrupun metodisti Lətifə Süleymanova, 4b sinifinin şagirdləri – Əmirova Aytac, Fətəliyeva Nərmin, Abbasova Aydan, Məmmədova Fidan, 5a sinifinin şagirdləri – Əhmədova Sara, Rəşidzadə Sevda, 9a sinifinin şagirdi Quliyeva Ballı, 9b sinifinin şagirdləri – Ocaqov İlham, Həsənli Səfa, Poladov Tural, Aynurə, 8c sinifinin şagirdləri – İsgəndərova Aygün, Əliyeva ülkər, 10c sinifinin şagirdi Zeynallı Samir, 10ç sinifinin şagirdləri – Süleymanova çiçək, Ağayev Murad, 4a sinifinin şagirdləri – Səfərova Aysun, Kərimova Nəzrin, Quluzadə Nicat, Bayramova Günel çıxış edərək Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndiriblər. Onun sözlərinə görə, Azərbaycan Respublikasının çin Xalq Respublikasındakı səfirliyi və DAK Gənclər Təşkilatının çXR-dəki təmsilçiliyinin təşəbbüsü və təşkilatçılığıyla ”Şuşa” Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 17-ci ildönümüylə əlaqədar anım mərasimi keçirilib. Qonaqlar arasında Pekində yaşayan həmvətənlərimiz və digər diplomatik orqanları təmsil edən şəxslər də olub. Tədbir Xocalıda həlak olmuş soydaşlarımızın ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Mərasimi Azərbaycan Respublikasının çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev açaraq, qonaqlara faciəylə bağlı ətraflı məlumat verib. Bundan sonra tədbir iştirakçıları səfirlik əməkdaşlarının Xocalı soyqırımıyla əlaqədar hazırladığı videolenti izləyiblər. Videorolikdən təsirlənən qonaqlar sonradan hadisə barədə fikirlərini iştirakçılarla bölüşüblər. Mərasimin sonunda dəvət olunan xarici qonaqlar həmvətənlərimizə dərin hüznlə başsağlığı veriblər.
Konfransın sonunda jurnalistləri maraqlandıran suallar cavablandırıldı.

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Həmçinin bax!

Bu gün DAK rəhbərliyi İran adlanan yerdə cərəyan edən proseslərlə bağlı mətbuat konfransı keçirdi

Firidun Pərviznia: ”İran adlanan yerdə prezident yox, sistem dəyişməlidir” Babək Tağızadə: ”Yaxın zamanda DAK-ın rəsmi ...

Kommentera